Page 466 - alberto moravia_Макет 1
P. 466
Alberto Moravia
– Sәn әvvәlcә maşını maşından aralayaydın! – bizi dövrәyә
almış avaralardan hansısa bir ağıllısı qışqırdı.
Әslindә, düz dә deyirdi. Boş şeydi, burada çәtin nә vardı
ki? Maşınları aralamaq üçün Peppinonun arxa sürәtә vermәsi
kifayәt idi. Amma Peppino onun sözlәrini başqa cür anladı.
Necә deyәrlәr, karın könlündәki.
– Hә, ayırın mәnim maşınımı, – o, amiranә tonda çığırdı. –
Hәqiqәtәn, belә diribaşsınızsa, ayırın görüm, necә ayırırsınız…
Adamlar getdikcә çoxalır, hamısı da bizә çәpәki baxırdı.
Heç nә anlamayan fransız qız isә Peppinoya baxıb gülümsәyirdi.
Peppino öz alәmindәydi, inadından әl çәkmirdi.
– Sinyora, xahiş edirәm: soyadınız, vәsiqәniz, maşınınızın
nömrәsi?
– Soruş ki, neçә yaşındasınız, uşaqlarınız varmı? – kimsә
qışqırdı.
– Sәn әvvәl maşını ayırmağa çalış, – әvvәlki sәs tәzәdәn
eşidildi.
Peppino isә tamamilә hәyasızlaşmışdı.
– Sizә dedim ki, maşını mәnimçün ayırın. Bekar durmayın,
işin qulpundan yapışın. Siz, yәqin, mexaniksiniz, bu işi mәndәn
yaxşı bacarırsınız.
Onda hündürboy cavan irәli yeriyib yumruğunu Peppinonun
burnunna dirәdi.
– Mәn mexanik-filan deyilәm, sәrbәst gülәş üzrә çempio -
nam.
– Lap yaxşı. Demәli, belә bir güclә, yәqin ki, maşını
aralaya bilәrsiniz.
Mәn burada olmasaydım, Peppino üçün yaxşı
qurtarmayacaqdı. Tez irәli durub qışqırdım:
– Hә, uşaqlar, güc verin qaldıraq maşını… Bu ki boş
şeydir.
O cür dә elәdik: beşlikdә güc verib, çox da ağır olmayan
maşını bir hәmlәyә yerindәn qaldırdıq, o biri maşından ayırdıq.
Sonra Peppinoya tәrәf dönüb dedim:
466