Page 451 - alberto moravia_Макет 1
P. 451
Mən yox demirəm
– Hә, düz deyirsәn, bunun mәsәlәyә heç bir dәxli yoxdur...
amma olmağına biz on iki nәfәr idik.
Cin vurdu tәpәmә: dәlicәsinә sıçrayıb otağın ortasında mil
durdum.
– Yaxşı siftә elәdik! Sәn mәnim arvadımsan, sözümә qulaq
asmalısan… әgәr deyirәmsә ki, on üç nәfәr idik, demәli, belә
dә var, sәn mәnimlә söz gülәşdirmә!
Onda Adele dә çarpayıdan sıçrayıb qalxdı, sәsinә güc
verib:
– Hә, sәnin arvadınam, – dedi, – daha doğrusu, arvadın
olasıyam… Amma biz on iki nәfәr idik!
– Yox, on üç idik, düz on üç nәfәr!
Bunu deyib, ona yağlı bir şapalaq ilişdirdim:
– Al payını!
Adele ilk anda karıxıb qaldı, sonra qonaq otağına cumdu,
qapını arxasınca çırpmazdan qabaq kandardan qışqırdı:
– Biz on iki nәfәr idik, özün dә mәni dinc burax… sәndәn
zәhlәm gedir.
Birdәqiqәlik keylikdәn sonra sanki qәfil yuxudan ayıldım,
özümü cәmlәyib qapıya yaxınlaşdım, dәstәyi bura-bura, qapını
döyә-döyә Adeleni çağırmağa, üzr istәmәyә, yalvarmağa
başladım: sәs-filan gәlmәdi. Axırda belә alındı ki, yarıçılpaq
vәziyyәtdә çarpayıda mürgülәyә-mürgülәyә toyumuzun ilk
gecәsini tәk keçirәsi oldum, Adele isә, görünür, qonaq otağındakı
divanda yatmışdı.
Ertәsi gün qarşılıqlı razılaşma әsasında durub Adelenin
anasıgilә yollandıq, soruşduq ki, toyda neçә adam iştirak edib?
Belә mәlum oldu ki, ümumәn götürәndә toyda on dörd
adam iştirak edib. İkisi uşaq imiş, tez-tez stuldan düşüb
masanın altında oynayırlarmış. Mәn sayanda balacalardan biri
hәlә masa arxasındaymış, Adele sayanda isә stuldan düşübmüş.
Belәliklә, ikimiz dә doğru deyirdik, amma hәr necә olsa,
Adele bir arvad kimi haqsız idi.
451