Page 449 - alberto moravia_Макет 1
P. 449
MӘN YOX DEMİRӘM
Adelenin nә xasiyyәtdә olduğunu bilmәyiniz üçün gәrәk
lap әvvәldәn başlayım: toyumuzun elә ilk gecәsi aramızda nә
baş verdiyindәn. Necә deyәrlәr, günün necә olacağı sәhәrdәn
bilinir.
Demәli, Tibrin o üzündәki restorandan, orada deyilәn tost-
lardan, şeirlәrdәn, tәbriklәrdәn, qucaqlaşmalardan sonra, axırda
qaynanamın göz yaşlarını da birtәhәr yola verib, nәhayәt,
yollandıq via del Animaya, mәnim dәmir mәmulatı dükanımın
üstündәki mәnzilimә. Artıq әr-arvad sayılırdıq, bir-birimizә
baxıb utanırdıq. Yataq otağına girәn kimi paltarımı soyunmaqdan
başladım; pencәyi stulun söykәnәcәyinә asıb, söhbәtә başlamaq
xәtrinә dedim:
– Fikir verdinsә, masa arxasında biz on üç nәfәr idik.
Deyirlәr bu, xoşbәxtlik gәtirir…
Adele ayağını sıxan tәzә tuflilәri çıxarıb kәnara atmışdı,
dolabın böyründә durub güzgüyә baxırdı. Deyәsәn, sözlәrim
onun hәyәcanını aradan qaldırmışdı, çünki mәnә şәn ovqatla
cavab verdi:
– Düzünә qalsa, Cino, biz on iki nәfәr idik… on nәfәr
qonaq, bir dә ikimiz – on iki adam.
Yadıma saldım ki, qonaqları hәlә restoranda sifariş vermәyә
hazırlaşarkәn saymışdım: düppәdüz on üç nәfәr idik. Hәtta
Ladovikoya nә demәyim dә yaxşı yadımdadır: “Bilirsәn, biz
on üç nәfәrik. Keşkә bizә bәdbәxtlik gәtirmәsin”. Şafer dә
cavabında demişdi: “Әksinә, bu, xeyirliyәdir, xoşbәxtlik
rәmzidir”.
Yatağın qırağında oturub şalvarımı soyuna-soyuna
mızıldandım:
– Yox, bir balaca sәhvin var, Adele, biz on üç nәfәr idik.
Mәn buna dәrhal diqqәt yetirmişdim, hәlә Ladovikoya da
bildirmişdim.
449