Page 475 - alberto moravia_Макет 1
P. 475

Roma sikkəsi


             Üzümә yazıq-yazıq baxan Çezarenin bütün ümidlәri mәnә
          qalmışdı. Birdәn ağlıma yaxşı bir fikir gәldi.
             – Sәhviniz var, – dedim. – Kәnardan baxanda, ola bilsin,
          görkәmindәn bu adamı, hәqiqәtәn dә, fırıldaqçıya, mәni onun
          ortağına, sizi dә aldadılmış qurbanlığa oxşatmaq mümkündür.
          Әslindә isә, mәn bu adamı tanımıram, heç siz dә qurbanlıq
          deyilsiniz. Amma mәn, hәqiqәtәn, antikvaram. Sikkә dә qәlp
          deyil, xalisdir. Mәn onu alıram...
             Vә Çezareyә tәrәf dönüb sәsimi qaldırdım:
             – Ver! Ver onu bura! Al, bu da sәnin pulun!
             Çezare әmrә tabe oldu; mәn Ottavioya mәxsus olan әlli
          min lirәni sayıb ona uzatdım. Sonra oğlana müraciәtlә dedim:
             – Qoy bu sizә dәrs olsun, namuslu adamı fırıldaqçıdan
          ayırmağı öyrәnin… Adamları tanımağı bacarın.
             – Yaxşı, bәs kim mәnә sübut edә bilәr ki, siz әlbir deyilsiniz,
          qabaqcadan danışmamısınız? – oğlan әl çәkәnә oxşamırdı.
             İndi, saxta sikkә üçün bu qәdәr pul ödәyәndәn sonra
          ürәyimdәn keçirdi ki, bu cüvәllağını yaxşıca sancım, dәrsini
          necә lazımdısa verim. Artıq mәn ona nifrәt edirdim.
             – Biz danışmışıq? – çiyinlәrimi çәkib dedim. – O saat
          görünür ki, kәndçisәn, özü dә lap zırından. Bәlkә, sәnin
          pendirdәn yaxşı başın çıxır, namuslu adamları isә qәti
          tanımırsan… Yaxşısı budur, qayıdasan evinizә.
             – Belә oldu?! Mәnәm kәndçi?! Sәn bunu kimә deyirsәn?
          Özün dә çığırma… donuz.
             – Donuz sәnsәn, özü dә iylisindәn...
             Neyçünsә bәrk qeyzlәnmişdim; bәlkә, ona görә ki, indi
          artıq özümü haqlı sayırdım. Oğlan da borclu qalmadı:
             – Yaramaz...
             Söz ağzından çıxan kimi üstünә atıldım, çalışdım, tülkü
          yaxalığından yapışıb payını verim. Amma sәs-küyә yığışan
          bekar adamlar araya girib bizi ayırdı. Mәn onların әlindәn
          çıxmağa çalışır, qışqırmağa davam edirdim:


                                                              475
   470   471   472   473   474   475   476   477   478   479   480