Page 483 - alberto moravia_Макет 1
P. 483
Gözətçi
әmlakını yaxşı qoruduğuma görә hәtta mәnә hәdiyyә dә
göndәrdi. Onda mәn Emiliyaya dedim:
– Rinaldi әvvәl mәni oğru elәdi, indi dә qatil.
– Ağlına başqa şey gәtirmә, – Emiliya cavab verdi. – Sәn
özünü müdafiә edirdin, vәssalam.
– Bunu elә-belә dedim, sözgәlişi… Mәn gözәtçiyәm,
әlbәttә, bu vә ya başqa şәkildә atәş açmağa borclu idim.
Belә alındı ki, Rinaldi, nәhayәt ki, azadlığa buraxılıb
Emiliyanın, uşağın vә oğurluq malın dalınca gәldiyi gün şirkәt
mәnә xәbәr göndәrdi: yaxın günlәrdә tikinti işlәri yekunlaşır.
Belәliklә, hәr şey eyni vaxtda bitdi. İndi mәn daha heç kәs
üçün qoruyucu deyildim – nә şirkәt üçün, nә dә Rinaldi üçün.
Rinaldi gecәyarısı yük maşınıyla gәlmişdi; maşının qabaq
şüşәsindә ağ hәrflәrlә “EMİLİYA” yazılmışdı.
– Rinaldi, – dedim, – bax bu, sәnin mәnә hәvalә etdiyin
Emiliyadır, bu isә doğmaca balan… mal da barakdadır…
Әmin ola bilәrsәn ki, hamısı öz yerindә, hamısı salamatdır.
Rinaldi Emiliya ilә uşağa göz dolusu baxıb gülümsәdi.
– Yaxşı, Vinçenso, yaxşı… Bilirdim ki, sәnә etibar elәmәk
olar… Yaxşı.
Nәsә kәdәrliydim, eyni zamanda da heyifsilәnirdim. Az
qala, boğula-boğula tәkrar elәdim:
– Rinaldi, әmin ola bilәrsәn, mәnә etibar etdiklәrinin
hamısını sağ-salamat özünә qaytarıram.
Rinaldi istәdi mәnә pul versin, sonra tәkid etdi ki, heç
olmasa, saatı ondan hәdiyyә götürüm, axırda da mәni maşınla
Romaya aparmağı tәklif elәdi. Amma hamısından imtina
etdim.
– Mәnә heç nә lazım deyil, – dedim, – mәn axı gözәtçiyәm...
Mәnә heç nә lazım deyil.
İndi mәn başa düşürdüm ki, Emiliyaya vurulmuşdum,
kәdәrlәnmәyim dә ondan idi. Eyni zamanda içimdә bir rahatlıq
duyurdum ki, ona heç barmağımın ucuyla da toxunmamışam.
483