Page 487 - alberto moravia_Макет 1
P. 487

Çoçaralı qız


          Gülmәkdәn başqa çarәm qalmadı.  Tramvayla getdiyimiz
          müddәtdә oradan-buradan sual verib gördüm ki, bu qız xalis
          vәhşidir: indiyәcәn nә qatar görüb, nә tramvay, nә dә altımәrtәbә
          ev. Bir sözlә, әsl professor istәyәn idi.
             Gәlib çatdıq. Tudanı әvvәlcә öz hücrәmә aparıb arvadımla
          tanış etdim, sonra isә liftlә professorun yaşadığı mәrtәbәyә
          qalxdıq. Qapını bizә professor özü açdı, çünki qulluqçusu yox
          idi – evi, adәtәn, mәnim arvadım yığışdırırdı; hәrdәn professorun
          yemәyini dә hazırlayırdı. İçәri tәzәcә girmişdik ki, Tuda әlüstü
          zәnbili irәli uzadıb dedi:
             – Tut bunu, professor, sәnә tәzә yumurta gәtirmişәm.
             Tez iradımı bildirdim:
             – Professora “sәn” demә.
             Amma professor qızın tәrәfini saxlayıb, öz sözlәriylә onu
          ruhlandırdı:
             – Eybi yoxdu, qoy belә desin. Yaxşımı, qız, mәnә hәmişә
          “sәn” deyәrsәn.
             Ardınca professor mәnә izah elәdi ki, әslindә,  Tudanın
          “sәn” müraciәti qәdim romalılardan gәlir, onlar da çoçaralılar
          kimi “siz” müraciәtini bilmirdilәr, amma bir-biriylә çox rahat
          danışırdılar, elә bil hamısı bir yerdә böyük ailә idilәr.
             Sonra  Tudanı mәtbәxә apardı. Mәtbәx geniş idi: qaz
          pilәtәsi, alüminium qazanlar, bir sözlә, tәlәb olunan hәr şey
          vardı. Professor avadanlıqla necә davranmağı qıza öyrәtmәyә
          başladı. Tuda hamısına kirimişcә qulaq asır, professoru diqqәtlә
          dinlәyirdi. Birdәn qayıdıb nә desә yaxşıdır:
             – Amma mәn yemәk-filan bişirә bilmirәm.
             – Necә yәni? – professor mәәttәl qaldı. – Axı mәnә deyiblәr
          ki, sәn biş-düş bacarırsan.
             – Kәnddә bütün gün işlәyirdim, sәhәrdәn-axşamacan
          torpağı kәtmәnlәyirdim. Düzdür, yemәyә nәsә hazırlayırdım,
          amma elә-belә, ac qalmamaq üçün... Mәnim belә bir mәtbәxim
          heç vaxt olmayıb.


                                                              487
   482   483   484   485   486   487   488   489   490   491   492