Page 492 - alberto moravia_Макет 1
P. 492
Alberto Moravia
– Kalandır, ya yox, sәnә qalmayıb; sәn onlara toxun ma -
malısan… Öz işinlә mәşğul ol. Bax ha! Әgәr sәni bir dә
tutsam, uçacaqsan kәndә…
Nә illah elәsәm dә, qandıra bilmәdim. Tәrs damarına salıb,
heç cür inanmaq istәmir, bunun oğurluq olduğu heç ağlına da
batmırdı. Qanmaz ki, qanmaz!
Bir neçә gündәn sonra qoltuğunda bir bağlama kitab,
otağıma gәlib deyir:
– Bu da professorun kitabları… İndi aparıb verәcәm özünә,
qoy bir dә mәndәn şikayәtlәnmәsin.
Dedim ki, afәrin sәnә, çox yaxşı iş görmüsәn. Özlüyümdә
isә fikirlәşdim: Tuda pis qız deyil, hamısına bais Mariodur.
Tuda ilә liftә minib yuxarı qalxdım ki, kitabları yerinә
qoymaqda ona kömәk elәyim. Bağlamanı tәzәcә açmışdıq ki,
professor içәri girdi.
– Professor, – dedim, – bunlar sizin kitablardır… Tuda
hamısını gәtirib. Heç demә, rәfiqәsinә veribmiş ki, şәkillәrinә
baxsın.
– Yaxşı, yaxşı… Bu barәdә daha danışmayaq.
Professor paltosunu vә şlyapasını soyunmadan tәlәsik
kitabların üstünә cumdu, birini әlinә götürüb vәrәqlәmәyә
başladı.
– Yox, bu, mәnim kitablarım deyil! – o, qәfildәn qışqırdı.
– Necә yәni sizinki deyil?
– Yox, mәnimkilәr arxeologiyaya aiddir, – professor artıq
o biri kitabları vәrәqlәyirdi, – bunlar isә hüquqa aiddir.
Beşcildlik yurisprudensiyadır, üstәlik dә, oradan-buradan.
– Deyә bilәrsәnmi, bütün bunlar nә demәkdir? – Tudadan
soruşdum.
Onsuz da, tәrsin, qanmazın yekәsi olan qız deyilәnlә qәti
razılaşmayıb, nә cavab versә yaxşıdır:
492