Page 496 - alberto moravia_Макет 1
P. 496
Alberto Moravia
– Sәn axı tuflini lap tәzәlikcә almısan...
– Mәn alan sandalet idi… Di yaxşı, simiclik elәmә!
– Nә deyirәm ki… Al, bu da sәnә pul.
Bir sözlә, mәni dinib-danışmadan pul xәrclәmәyә mәcbur
etmәyin çәmini tapmışdı vә bundan sәhvsiz istifadә edirdi.
Pulu ona bir dә o sәbәbdәn dinmәzcә çıxarıb verirdim ki,
ümidimi itirmәmişdim: düşünürdüm ki, mәnim heç dә simic
olmadığımı gec-tez başa düşәcәk, comәrdliyimi qiymәtlәn di -
rә cәk. Amma bu, adicә illüziya idi ki, tezliklә buxarlanıb
getdi. Gerçәkdә isә vәziyyәt dәyişmәmişdi: nә qәdәr çox
xәrclәyirdimsә, mәni bir o qәdәr xәsis sayırdı. Bәlkә, başa
düşürdü ki, pul xәrclәmәyim özümü mәğrur göstәrmәk
sәbәbindәndir – yalnız ondan ötrü ki, haqqımda simic kimi
formalaşmış rәyini dәyişim, inadkarlığını sındırım. Amma
höcәtliyi ucbatından güzәştә getmәk istәmirdi. Bәlkә dә,
sәfehliyindәn belә elәyirdi: yәqin, ağlına yerlәşdirmişdi ki,
mәn xalis simic kimi hansısa var-dövlәti ondan gizlәdir,
gәlirlәrimi qәsdәn azaldıram.
Amma mәnim pul xәrclәmәkdәn xoşlanmadığımı iddia
etmәkdә haqlı idi. Bәdxәrcik ona görә xoşuma gәlmirdi ki,
bizim nә qәdәr vәsaitimiz qaldığını yaxşı bilirdim, hәmçinin
onu da bilirdim ki, әgәr bu minvalla, bu israfçılıqla yaşamağa
davam elәsәk, tezliklә heç nәyimiz qalmayacaq.
Mәn evlәnәndә ticarәt işlәrim yaxşı qurulmuşdu, bank
hesabımda tәxminәn milyon lirәm vardı. İndi isә dәridәn-
qabıqdan çıxsam da, xeyri yox idi: bütün sәylәrimә, canfәşan -
lı ğı ma baxmayaraq, qazancımın hamısını evә apardığımdan,
banka әlavә heç nә qoymaq mümkün olmurdu. Hesabımı
artırmaq bir yana, üstәlik, bankdakı әmanәti dә qoruya
bilmәmişdim – oradakı vәsait aydan-aya әriyib gedirdi. Әvvәl
doqquz yüz min lirә qalmışdı, sonra sәkkiz yüz min qaldı,
sonra yeddi yüz min, axırda altı yüz min. Aydın mәsәlәdir ki,
aylıq qazancımdan çox xәrclәyirdik, bu minvalla davam etsәk,
496