Page 499 - alberto moravia_Макет 1
P. 499

Bədxərc


          arvadımı sevmirdim. İndi yeganә istәyim ondan ibarәt idi ki,
          onun acığına, lap müflislәşmәk bahasına da olsa, simic
          olmadığımı sübuta yetirim. Ancaq ağlımda tutduğumu hәyata
          keçirmәzdәn qabaq daha hansı tәrәddüdlәrdәn keçmәdim, nә
          dәhşәtlәr yaşamadım! Yәqin, özünü dәnizә atmaq istәyәndә
          bu cür olur – aşağıda, ayaqlarının altında dalğaların çırpıntısını
          görürsәn vә birdәn-birә sәnә dәhşәtli gәlir.
             Mәn Ripetta rayonundakı sahil küçәsinә gәlib çıxdım.
          Günәş sanki yaz günәşiydi, ilıq şәfәqlәr saçırdı. Birdәn
          körpünün aşağısında, quru yerdәcә oturmuş dilәnçi gördüm.
          O, әlini qabağa uzadıb sәdәqә istәsә dә, üzünü günәşә tutmuşdu.
          Dilәnçinin arxayın çöhrәsinә, yarıaçıq gözlәrinә, gülümsәr
          dodaqlarına baxıb fikirlәşdim: “Nәdәn qorxuram axı? Lap
          bunun gününә düşsәm belә, yenә indikindәn xoşbәxt olacam”.
          Sonra cibimdәki minlik әsginasları çıxarıb ovcumun içindә
          bәrk-bәrk sıxdım, dilәnçiyә yaxınlaşıb birini onun şlyapasına
          atdım. Dilәnçi kor idi, tәşәkkür-filan etmәdәn bayaqkı kimi
          üzünü günәşә tutub oturmuşdu vә elәcә yerindә oturub
          dilәnmәyinә davam elәdi.
             Bir az yuxarıda, körpünün arxasında qabağıma saat mağazası
          çıxdı. İçәri girib, çox da fikirlәşmәdәn arvadım üçün on sәkkiz
          min lirәyә saat aldım, cibimdә qalan min lirәyә isә taksi tutub
          öz dükanıma gәldim.
             Artıq özümü yaxşı hiss edirdim, hәrçәnd içimdәki xof
          hәlә sovuşmamışdı.
             Bütün sәhәri alıcılara rәdd cavabı verib, özümü tox
          saxladım, sanki heç nә olmamışdı. Birinә cavab verdim ki,
          mal artıq qurtarıb, o birinә qiymәti çox baha dedim, başqasına
          malın satıldığını, dükana yalnız nümunәlәrin göndәrildiyini
          bildirdim. Hәtta xoşum gәlmәyәn iki alıcıyla kobud davranmağı
          da bacardım. Özümә isә deyirdim: “Möhkәm ol, çәtini birinci
          addımı atmaqdır”.
             Hәmin gün evә qayıtmağım xalis it әzabıydı; mәnә elә
          gәlirdi ki, bütün olub-keçәnlәrә baxmayaraq, hәlә dә arvadımı
          sevirәm. Bundan әn çox ona görә qorxurdum ki, belәdә son

                                                              499
   494   495   496   497   498   499   500   501   502   503   504