Page 495 - alberto moravia_Макет 1
P. 495

Bədxərc


             – Sәn bunu hardan bilirsәn, nәyә görә elә fikirlәşirsәn ki,
          pul xәrclәmәk mәnә xoş deyil?
             – Çünki cibindәn pul çıxaranda sifәtin bilirsәn necә olur?
             – Necә olur ki?
             – Dönüb olur simic sifәti!
             Mәn  Valentinanın vurğunuydum; arzularımın zirvәsi
          saydığım bu ağappaq, yupyumru, tәzәtәr qadına baxanda, az
          qala, ağzımın suyu axırdı. Bütün günü әlini ağdan-qaraya vur-
          madan amerikan siqarı çәkmәsinә, komiks oxumasına, yaxud
          rәfiqәlәrinә qoşulub kinoya getmәsinә görә onu qınamağı heç
          ağlıma belә gәtirmәzdim. Valentinanı elә sevirdim ki, gündәlik
          hәyatımızda nәsә baş verәndә, hansısa çәtinliyә-filana düşәndә
          günahı hәmişә özümdә axtarır, ona bәraәt qazandırmağa
          çalışırdım.
             Nәyini deyәsәn, simiclik, hәqiqәtәn, pis şeydir, Valentina
          isә bunu mәnә elә tez-tez irad tuturdu ki, axırda simic olduğuma
          özüm dә inandım, hәqiqәtәn, özümü xәsis saymağa başladım.
          Vә indi daha onun sözünü kәsib “Di bәsdi xәsislikdәn danışdın,
          simicәm, ya yox, hәr halda, yaxşı bilirәm ki, imkanımız nәyә
          çatır vә nә qәdәr xәrclәyә bilәrik” demirdim.
             Yox, daha belә sözlәrlә onun ağzını yummağa çalışmırdım,
          әksinә,  Valentinanın “Simicә bax!” demәsi kifayәt idi ki,
          qorxudan rәngim ağarsın vә hәmin dәqiqә cibimdәki pulları
          çıxarıb bir kәlmә danışmadan haqqı ödәyim. O artıq zәif
          damarımı tutmuşdu vә mәni dinc qoymurdu.
             – Auqusto, elә istәyirәm ki, mәnim dә öz radiom olsun!
          İndi hamıda var…
             – Valentina, heç bilirsәn o andır necә bahadır? Qiymәtindәn
          xәbәrin var?
             – Xәsislik elәmә, yәni doğrudanmı bankda o qәdәr pulun
          ola-ola, mәnә rәdd cavabı verәcәksәn?
             – Yaxşı, alarıq.
             Ya da deyirdi:
             – Auqusto, elә yaxşı tufli görmüşәm ki… Pul verәrsәn,
          alım?

                                                              495
   490   491   492   493   494   495   496   497   498   499   500