Page 490 - alberto moravia_Макет 1
P. 490

Alberto Moravia


                – Dünәn o, mәni maşınla Monte-Marioya aparmışdı, – qız
            cavab verdi.
                – Nolsun ki?
                – Maşında gәzmәk әcәb yaxşıdır… Hәlә gör mәnә nә
            verib…
                Bunu deyib ağ metaldan düzәlmә fil balası şәklindәki
            sancağı hәvәslә çıxarıb göstәrdi; belәsini xırdavatçılar Kampo
            dei Fyori bazarında satırlar.
                – Sәn avam qızsan, başa düşmürsәn ki, sәni hәriflәyir…
            Özü dә çox nahaq yerә icazәsiz-filansız sәni maşınla gәzmәyә
            aparıb. Sinyora xәbәr tutsa, onun dәrsini verәr. Sonrasına
            qalanda da, ehtiyatlı ol. Bir daha deyirәm: ehtiyatlı ol.
                Cavabında  Tuda gülümsәdi, ancaq Mario ilә әlaqәni
            kәsmәdi, gәzmәyә, görüşmәyә davam elәdi.
                İki hәftә keçdi. Bir gün professor yenә qapıçı otağına baş
            çәkib mәni kәnara çağırdı, sәsini alçaldıb soruşdu:
                – Qulaq asın, Covanni, necә bilirsiniz, Tuda dürüst qızdır?
            Әliәyri deyil ki?
                – Xeyr, professor, – dedim. – Avamdır, amma әliәyriliyi
            yoxdur.
                –  Tәki belә olsun, – professor bir qәdәr tәrәddüdlә,
            inamsızca dedi. – Bilirsәn, kitablarımdan beşi yoxa çıxıb.
            Әlbәttә, istәmәzdim ki…
                Mәn bir daha әminliklә bildirdim ki, burada Tudalıq iş ola
            bilmәz, kitablar da tapılar.  Amma boynuma alım ki,
            eşitdiklәrimdәn nәsә dalağım sancmışdı, qәrara gәlmişdim ki,
            sayıq olmaq lazımdır.
                Üstündәn bir neçә gün keçmişdi ki, Mario ilә  Tudanın
            xısınlaşa-xısınlaşa liftә necә mindiklәrini gördüm. Guya
            sinyoranın nә kimi tapşırıqları olacağını öyrәnmәk üçün Mario
            dördüncü mәrtәbәyә qalxmalıydı. Amma gözünün içinә kimi
            yalan deyirdi: sinyora bir saat qabaq getmişdi, Mario da bunu
            yaxşı bilirdi.


             490
   485   486   487   488   489   490   491   492   493   494   495