Page 488 - alberto moravia_Макет 1
P. 488
Alberto Moravia
– Bәs yemәyi harda hazırlayırdın?
– Çadırda.
– Neylәk, – professor saqqalını sığallaya-sığallaya gülümsә -
di. – Burada da bişirәrik, çalışıb öyrәnәrik, tәki yemәk ol-
sun… Yaxşı, tutaq ki, mәnә nahar hazılamalısan, de görüm,
necә elәyәcәksәn?
Tuda gülümsәyib dedi:
– Sәnә lobyalı makaron hazırlayaram. Sonra bir stәkan
çaxır içәrsәn, bir neçә yunan qozu yeyәrsәn, bir az da әncir...
– Vәssalam? Bәs başqa yemәk olmayacaq? İkincini
deyirәm…
– İkinci nәdi?
– Deyirәm heç bir ikinci yemәk olmayacaq? Balıqdan,
әtdәn nәsә bir şey...
– Lobyalı makaronla çörәk bәyәm azdır?.. – Tuda şәn
halda güldü. – Ayrı nә istәyirsәn ki? Mәn kәnddә bir boşqab
lobyalı makaronu çörәklә yeyib, bütün günü yer
kәtmәnlәyirdim… Sәn axı heç işlәmirsәn.
– Mәn dә mәşğul oluram, yazıram, işlәyirәm…
– Bax mәn dә elә onu deyirәm: mәşğul olursan… Bizsә
әsl iş görürük.
Qәrәz, Tuda professorun “ikinci” adlandırdığı yemәklәri
hazırlamağa heç cür razı olmurdu. Nәhayәt, uzun mübahisәdәn
sonra belә qәrara gәldilәr ki, mәnim arvadım bir müddәt gәlib
qıza kömәk elәsin, yemәk bişirmәyi ona öyrәtsin. Sonra biz
qulluqçu üçün nәzәrdә tutulan otağa keçdik. Pәncәrәsi hәyәtә
açılan, içәrisindә çarpayısı, komodu vә dolabı olan yaxşı bir
otaqdı. Tuda ora-bura göz gәzdirib tәlәsik soruşdu:
– Mәn burada tәk yatacam?
– Bәs kiminlә yatmaq istәyirsәn?
– Kәnddә biz beş nәfәr bir otaqda yatırıq.
– Yox, bu otaq tәk sәnin üçündür.
Getmәzdәn qabaq mәn qıza çalışqan olmasını, yaxşı
işlәmәsini tapşırdım, dedim ki, davranışa görә cavabdehliyi
488