Page 484 - alberto moravia_Макет 1
P. 484

Alberto Moravia


                Nә isә. Malı yük maşınına da elә özüm yüklәdim, sonra
            isә Rinaldi adyala bükülmüş körpәni qucağına alıb, tәbәssümü
            üzündәn әskik olmayan Emiliya ilә kabinәyә oturdu.
                – Di salamat qal, gözәtçi, inşallah görüşәrik! – maşın
            yerindәn tәrpәnәndә Rinaldi qışqırdı; sәsindә heç bir kinayә-
            filan yox idi.
                Bir neçә gündәn sonra şirkәtin avtomobillәri gәlib çıxdı:
            daş-kәrpici, sement çuvallarını, su borularını, qatran çәllәklәrini
            yüklәyib yola düzәldilәr. O biri gün kәrpic hasarı, ardınca
            barakları söküb daşıdılar, axırda hәtta taxtaları da maşınlara
            doldurub apardılar. Yük maşınları dalbadal bir neçә gün gәlib-
            getdi; fәhlәlәr onları yüklәyәn kimi, maşınlar toz dumanının
            arxasında yoxa çıxırdı. Mәn axıracan orada oldum. İndi
            anbardan heç nә qalmamışdı, qalan tәkcә otu cücәrmәyә
            başlayan tapdanmış torpaq sahәsi idi. Bir dә yan-yörәdә kәrpic
            qırıntıları gözә dәyir, çirkli gölmәçәlәr qaralırdı, әtrafda isә
            tәpәlәr ucalırdı. Fikirlәşdim ki, burada iki ilә yaxın vaxt
            keçirmişәm, indi isә artıq hәr şey başa çatıb. Şey-şüylәrimi
            çamadana yığıb velosipedin yük yerinә sarıdım, sükandan
            yapışıb Salaria şosesinә qәdәr piyada  getdim. Şoseyә çıxandan
            sonra velosipedә minib tәlәsmәdәn Romaya tәrәf sürdüm.























             484
   479   480   481   482   483   484   485   486   487   488   489