Page 491 - alberto moravia_Макет 1
P. 491
Çoçaralı qız
İcazә vermәyinә verdim, amma onların dalınca özüm dә
liftlә yuxarı qalxıb birbaşa professorun otağına yönәldim.
Tәsadüfәn qapı axıracan örtülmәmişdi, yarıaçıq qalmışdı. İçәri
keçib dәhlizdәn ehmalca adladım. Sәslәri kabinetdәn gәlirdi –
demәli, sәhv etmәmişdim. Qapıdan içәri boylananda nә görsәm
yaxşıdır: Mario kitab şkafının yanına sürüdüklәri kreslonun
üstünә çıxıb, әn hündürdәki kitabları, tavana dirәnәn rәflәri
eşәlәyir; bu alyanaq gözәlçә isә kreslodan yapışıb, altdan-
yuxarı ona deyirdi:
– Bax onu, әn yuxarıdakını… Dәri cilddә olan qalın
kitabı…
Onda mәn pusqudan çıxıb dedim:
– Ay bәrәkallah! Әhsәn sizә!. İlişmisiniz, dostlar! Mәnsә
professor deyәndә hәlә buna şübhә dә elәyirdim… Hә, afәrin
sizә!..
Siz haçansa pәncәrәdәn üstünә bir vedrә su әndәrilmiş
pişik görmüsünüz? Bax sәsimi eşidәndә Mario da eynәn o cür
oldu: cәld kreslodan yerә atıldı, göz qırpımındaca böyrümdәn
sivişib çıxdı. Kabinetdә Tuda ilә ikimiz qaldıq. Qıza dişimin
dibindәn çıxanı deyib ürәyimi boşaltdım, bәs deyincә danlayıb
abrını әtәyinә bükdüm. Bir başqası onun yerindә, yәqin ki,
dözmәzdi. Amma yox, çoçarlı qızdan bunu gözlәmәyә dәymәz.
Başını aşağı salıb axıracan dinmәzcә qulaq asdı, heç cınqırını
da çıxartmadı. Nәhayәt, başını dikәltdi – gözündә bir damcı
da desәn yaş-filan yox idi.
– Kim ondan oğurlayıb ki? – tәәccüblә soruşdu. – Onun
bazarlıq üçün verdiyi pulun qalığını mәn hәmişә gәtirib
qaytarıram… Başqa qulluqçular kimi heç vaxt gәlib yalandan
demirәm ki, filan şeyә ikiqat çox xәrclәmişәm.
– Bәdbәxt qız… bәs kitab oğurlamamısan? Yoxsa bu,
oğurluq sayılmır?
– Onsuz da, onun kitabı kalandır….
491