Page 500 - alberto moravia_Макет 1
P. 500
Alberto Moravia
iki ildә yaşadığım әzablı hәyat tәzәdәn başlaya bilәrdi: yenә
hәr qәpik uğrunda çarpışmaq, üstәlik, qulağım eşidә-eşidә hәr
gün simic adlandırılmağa dözmәk lazım gәlәrdi. Ancaq arvadımı
görәn kimi başa düşdüm ki, ona mәhәbbәtim, hәqiqәtәn,
sönüb. İndi Valentina mәnimçün sadәcә әşya olmuşdu.
– Әzizim, – dedim, – sәnә hәdiyyә almışam, axı qol saatını
sәn çoxdan arzulayırdın.
Qolunu irәli uzatdı, mәn dә saatı onun bilәyinә taxıb,
böyründә dә bir-birini ürәkdәn sevәn әr-arvada layiq isti bir
öpüş qoydum. Özlüyümdә isә düşündüm: “Hә, mәn sәni
öpürәm, amma, yәqin, İudanın öpüşü dә bundan sәmimi
olardı!” Onu da deyim ki, hәmin gün Valentina mәnimlә
mülayim davranırdı – çox ehtimal ki, ünvanıma söylәdiklәrindәn
vicdan әzabı çәkirdi. Amma indilikdә bunun mәnә elә bir isti-
soyuğu yox idi: içimdәki sevginin yayı qırılmışdı vә burada
daha heç nә elәyә bilmәzdin.
Üstündәn bir müddәt keçәndәn sonra başladım planımı
hәyata keçirmәyә. Gün olmurdu ki, Valentinaya nәsә hәdiyyә
etmәyim. Dükanda isә alıcıların hәtta nә soruşduğunu belә
axıracan dinlәmәdәn dәrhal bildirirdim: “Satış yoxdur”. Bu
arada, tәbii ki, bankdakı hesabım bir ucdan azala-azala gedirdi.
Yarım milyon lirә elә dә böyük mәblәğ deyil; iki aydan sonra,
demәk olar ki, heç nәyim qalmamışdı. Valentinanın isә heç
nәdәn xәbәri yox idi. O, yenә әvvәlki qaydada gününü jurnal
oxumaqla keçirir, amerikan siqarı tüstülәdir, rәfiqәlәriylә
kinoya gedirdi. Yalnız hәrdәn, növbәti hәdiyyәni qәbul edәndә
deyirdi:
– Görürsәn, pulunun qalmadığına inanmamaqda tamamilә
haqlıydım. İndi sәn qabaqkından qat-qat çox xәrclәyirsәn.
Hәlә ki, sәni әliaçıq saya bilmәrәm, amma daha әvvәlki simic
dә deyilsәn. Göz dәymәsin, indi sәndәn pul qopartmaq lazım
gәlmir, özün xәrclәyirsәn.
Dinmirdim, amma beynimdәn başqa şey keçirdi: “Qәlәbәni
bayram elәmәyә tәlәsmә!”
500