Page 501 - alberto moravia_Макет 1
P. 501

Bədxərc


             Nәhayәt, hәmin gün yetişdi: bankdan axırıncı beş min
          lirәni dә çıxartdım. Demәk olar ki, pulun hamısını amerikan
          siqarına vermişdim, özümdә qalan üç yüz lirәdәn çox olmazdı.
             Sәhәr tәzә açılmışdı, mәnsә dükana getmәk әvәzinә evә
          qayıtdım, yataq otağına keçib paltarımı, ayaqqabımı soyunmadan
          hәlә yığışdırılmamış çarpayıma sәrәlәndim. Valentina şirin-
          şirin yatmağındaydı, arada o biri böyrü üstünә çevrilib yuxu-
          lu-yuxulu soruşdu:
             – Sәn evdәsәn? Bәyәm bu gün bazar günüdür?
             Vә tәzәdәn yuxuladı.
             Onun oyanmağını gözlәyә-gözlәyә siqareti siqaretә
          calamışdım. Hәlә bir saatacan da yatdı, sonra oyandı, gözünü
          açmadan soruşdu:
             – Demәli, bu gün bayramdır?
             – Hә, bayramdır, – cavab verdim.
             Qalxıb tәlәsmәdәn geyinmәyә başladı. Dinmәzcә geyinsә
          dә, hәrdәn öz-özünә mızıldandığını eşidirdim: “Nә bayramdı
          ki, belә?” Sanki bunun heç dә bayram olmadığını hiss etmişdi.
          Gözlәyirdim ki, görüm nә vaxt ağzını açıb xәrclik istәyәcәk;
          tәnbәl olsa da, әrzağı özü alırdı, yemәk hazırlamaqda isә ev
          qulluqçumuz ona kömәk edirdi.
             Әvvәl vanna otağına keçdi, geyinmәyini qurtarandan sonra
          isә mәtbәxә getdi ki, qәhvә hazırlasın, hәm dә qulluqçu ilә
          ağız-ağıza verib bir az qeybәt elәsin. Mәn dә durub mәtbәxә
          keçdim. Dinmәzcә oturub qәhvәmizi içdik. Amma hәr şeydәn
          göründüyü kimi, bayram fikri Valentinanın beynindәn çıxmırdı,
          çünki bunu mәndәn bir dә soruşdu:
             – De görüm, nә bayramdır axı?.. Lüçiya deyir, bu gün heç
          bir bayram-filan yoxdur, mağazalar hamısı açıqdır.
             – Bu gün mәnim bayramımdır, – qısaca dedim vә durub
          yataq otağına keçdim; kostyumu, ayaqqabını soyunmadan
          tәzәdәn çarpayıya uzandım.
             Valentina quluqçuyla nәsә danışa-danışa bir müddәt dә
          mәtbәxdә qaldı. Zәnnimcә, vaxtı daha çox o sәbәbdәn uzadırdı

                                                              501
   496   497   498   499   500   501   502   503   504   505   506