Page 506 - alberto moravia_Макет 1
P. 506
Alberto Moravia
– Tut bunu, – deyib pulu ovcuma soxdu. – Götür, xoş get-
din!
– Sәn dәli olmusan? Bu nәdi mәnә verirsәn?
– Olmaya azdır?
– Yaxşı, bu olsun gediş haqqı… Bәs dәymiş ziyanın
bәdәlini kim ödәyәcәk?
Biz üzbәüz dayanmışdıq. Arvad bağlamaların böyründә
dinmәzcә durub gözlәyirdi.
– İndi mәn bәdәli sәnә ödәyәrәm!
Bunu deyib yan-yörәyә ötәri nәzәr saldı, gözünü dolandırıb
hazırda boş olan meydana baxdı vә әlini cibinә saldı. Fikirlәşdim
ki yәqin pul kisәsini çıxaracaq. Amma o, cibindәn qatlama
çoban bıçağı çıxardıb yavaşdan dedi:
– Bәs bunu görmüsәn?!
Mәn dәrhal kәnara sıçradım.
– Demәli, danışdıq? – kişi bıçağı qatlaya-qatlaya soruşdu.
Hirsimdәn boğula-boğula sükan arxasına keçib, mühәrriki
işә saldım, meydanda yüksәk sürәtlә dövrә vurub taksini
birbaşa tәrәvәz qalağının üstünә sürdüm. Bayaqdan bәri üst-
üstә yığılmış malın böyründә hәrәkәtsiz dayanan arvad hansısa
möcüzә nәticәsindә kәnara sıçraya bildi, mәnsә topanın
üstündәn keçib onu horraya döndәrdim. Kişi qışqıra-qışqıra
maşının ayaq yerinә atılanda bir әlimi sükandan götürüb
sifәtinә elә ilişdirdim ki, yerә tullanmalı oldu. Bu vaxt tarazlığı
itirib divara toxunsam da, yaxşı ki, sükanı vaxtında döndәrib,
maşını tәzәdәn yola düzәldә bildim. Vittorio körpüsündә
taksini saxlayıb yerә düşdüm, baxdım ki, qanadın biri әzilib.
Bu artıq oturacağın çirki deyildi, azından bir neçә min lirә
xәrc aparacaqdı. Yaxşı başladım, nә deyәsәn!
Qanım it qanına döndü. Bütün dünyaya lәnәt yağdıra-
yağdıra, kәndçilәrin yeddi arxa dönәnini söyә-söyә günortayacan
hәrәsi iki yüz, üç yüz lirәlik daha beş reys elәdim. Saat ikidә
gәlib mәrkәzi vağzalın yanında, taksi sırasının quyruğunda
506