Page 524 - alberto moravia_Макет 1
P. 524

Alberto Moravia


                Siz nә vaxtsa gonbulun ağlamasını görmüsünüz? Nәdәnsә
            arıq ağlayanda ona inanırlar; amma gonbul ağlasa, mütlәq
            deyәcәklәr ki, özünü bicliyә qoyub.
                Karlo eynәyini çıxartdı, cib dәsmalını gözünә tutub zarımağa
            başladı. Bu vaxt Faustinanın anası üstünә tomat sousu tökdüyü
            makaron dolu qazanla otağa girdi. Karlonu bu vәziyyәtdә
            görәndә tәәccüblә soruşdu:
                – Nә baş verib burada? Karloya nolub?
                – Heç nә, özü üçün ağlayır, – Faustina şәn halda çiyinlәrini
            çәkib cavab verdi  vә divandan qalxdı. – Qoy ağlasın, bunun
            ona xeyri var.  Yaxşı, mәn getdim… Hә, Karlo, sәn özün
            istәdin gәlәsәn, mәn dә eşitdiklәrini sәnә tәzәdәn dedim. İndi
            isә getmәliyәm, işlәrim var...
                – Bәs yemәk yemirsәn? – anası qışqırdı.
                – Sonra. Sonra yeyәrәm… Mәnimçün bir şey saxlayarsan…
            Xudahafiz, Karlo. Nuş olsun… Xudahafiz, Mario.
                Bunu deyәrkәn yaşıl gözlәrini mәnalı tәrzdә üzümә zillәyib
            mәnә әl uzatdı; hiss etdim ki, barmaqlarıyla әlimi sığalladı.
                – Bu da belә getdi, – anası әsәbiliklә mızıldandı. – Qaldınız
            tәkcә siz ikiniz. Di keçin masa arxasına…
                – Mәn ac deyilәm, – Karlo gözlәrini şorba qazanına zillәyib
            cavab verdi.
                Lap möcüzә idi: işә bax ki, gözünün yaşı bir andaca
            qurumuşdu.
                Mәnsә, doğrudan da, yemәk istәmirdim: Faustinanın süzgün
            baxışlarından, barmaqlarının tәmasından bәrk hәyәcanlanmışdım.
            Özümdә cәsarәt tapıb dedim:
                – Getsәk yaxşı olmazmı? Bәlkә, gedәk…
                – Bәs mәn bunların hamısını çölә atacam? – Faustinanın
            anası әllәrini belinә qoyub qışqırdı. – Ev yemәyidir! Ev
            makaronudur!.. Oturun yeyin.
                – Mәn yemәk istәmirәm, – Karlo bir qәdәr tәrәddüdlә
            dedi.


             524
   519   520   521   522   523   524   525   526   527   528   529