Page 528 - alberto moravia_Макет 1
P. 528

KÖRPӘ


                Dünyaya nә sәbәbdәn bu qәdәr uşaq gәtirdiyimizi “Kasıblara
            yardım cәmiyyәti” adından bizә maddi yardım göstәrәn
            xeyirxah sinyora da soruşmuşdu.  Tәrslikdәn, hәmin gün
            arvadım bir az dilxor idi vә mәlum hәqiqәti ağına-bozuna
            baxmadan bütün çılpaqlığı ilә ortaya qoymuşdu. “Pulumuz
            olsaydı, axşamlar kinoya gedәrdik, – demişdi. – Pul yoxdusa,
            daha neylәyәk, yatağa girib başlayırıq uşaq düzәltmәyә”. Bu
            köntöy cavabdan sinyora bәrk incimiş, sağollaşmadan çıxıb
            getmişdi. Mәn dә arvadımı bәs deyincә danlayıb, abrını
            bükmüşdüm әtәyinә ki, sözü demәyin bir tәhәri var; lap
            hәqiqәt dә olsa, bax gör o hәqiqәti kimә deyirsәn, kiminlә
            danışırsan.
                Subaylığın sultanlıq olduğu cavan vaxtlarımda yerli
            qәzetlәrin “Roma xronikası”nı tez-tez oxuyurdum; orada
            adamların başına gәlәn hәr cür bәdbәxt hadisәlәrdәn söz
            açılırdı: oğurluq, qarәt, qәtl, intihar, küçә әhvalatları. Onda
            mәnә inanılmaz görünürdü vә heç ağlıma da gәlmәzdi ki,
            qәzetdәn oxuduğum bu müsibәtlәrdәn haçansa özümә dә pay
            düşә bilәr. “Acınacaqlı fakt” – yәni insan o dәrәcәdә bәdbәxtdir
            ki, başına heç bir iş gәlmәdәn, heç bir müsibәt-filan olmadan,
            tәkcә elә öz mövcudluğuyla yazıqlıq hissi doğurur.
                Hә, onda çox cavan idim vә bilmirdim ki, böyük ailәni
            dolandırmaq nә olan şeydir. İndi isә yavaş-yavaş “acınacaqlı
            fakta” çevrildiyimi görüb dәhşәtә gәlirәm. Misal üçün, qәzetdә
            yazılır: “Onlar ağır ehtiyac içindә yaşayırlar”. Baxıb görürәm
            ki, әn ağır ehtiyac içindә yaşayan elә özümәm. Yaxud yazırlar:
            “Onların sığındığı evә, әslindә, ev demәk düzgün olmaz”.
            Amma elә biz dә tormarançoda yaşayırıq; arvadım vә altı
                                           1
            uşağımla birgә, döşәklәrin arasında ayaq qoymağa yer olmayan



            1 Tormaranço – Romanın әtrafında taxtalardan tikilmiş gecәqondu
             528
   523   524   525   526   527   528   529   530   531   532   533