Page 531 - alberto moravia_Макет 1
P. 531
Körpə
İçәri girdik. Bir neçә hücrәsi vә mehrabı olan kilsәnin hәr
tәrәfi sarı rәnglә boyanmış, sanki ucuz mәrmәrlә döşәnmişdi.
Arvadım dedi ki, kilsә bayırdan ona başqa cür görünürdü, indi
isә çox da ürәyinә yatmır. Bununla belә, barmağını müqәddәs
suya batırıb xaç çәkdi. Sonra yenә uşağı sinәsinә sıxıb, içәrini
narazı baxışlarla süzә-süzә tәlәsmәdәn, ağır addımlarla gәzmәyә
başladı. Günbәzdәn, üst pәncәrәdәn parlaq işığın soyuq şölәsi
süzülürdü. O, bir hücrәdәn o birinә adlayıb kilsәnin içindә
var-gәl edir, skamyaları, mehrabları, divardakı rәsmlәri diqqәtlә
gözdәn keçirirdi; sanki yoxlayırdı ki, görsün uşağı bura
qoymağa dәyәr, ya yox. Mәn ondan bir neçә addım arxada
gәlirdim, bir gözüm dә giriş qapısında idi. Bu vaxt gördüm ki,
sarışın saçları qızıl kimi parlaq olan qırmızı geyimli ucaboy
bir sinyorina içәri girdi. Dar yubkası әyninә yapışmış qız
tezbazar dua elәdi, sonra tәlәsik xaç çәkib, bizә tәrәf baxmadan
kilsәdәn çıxdı.
Bunu görәn arvadımın dili açıldı:
– Yox, burada alınmaz… Bura bunun kimi cavanlar gәlir,
bunların işi-peşәsi әylәnmәkdir, mağazalarda vaxt keçirmәkdir.
Gedәk buradan.
Bunu deyә-deyә kilsәdәn çıxdı.
Korsoya qәdәr bir xeyli getdik. Yeyin addımlayırdıq:
arvadım qabaqda, mәn dә arxada. Venesiya meydanının
yaxınlığında başqa bir kilsәyә girdik. Bu kilsә әvvәlkindәn
xeyli böyük idi, bahalı, qızılı pәrdәlәri vardı, divarda tutqun
şüşәnin altındakı gümüşü ürәklәr alaqaranlıqda par-par
parıldayırdı. İçәri adamla doluydu, әksәriyyәti dә şlyapalı
xanımlar, yaxşı geyinmiş kişilәr. Görkәmindәn, hәqiqәtәn dә,
hamısı varlıya oxşayırdı. Keşiş minbәrdә dua oxuyurdu, hamı
da yönünü ona tәrәf döndәrib durmuşdu. Fikirlәşdim ki, әcәb
girәvәdir, bizi heç kәs görmәz. Arvadıma yavaşdan pıçıldadım:
– Gәlsәnә burada sınaqdan keçirәk.
Başını razılıqla tәrpәtdi vә biz yandakı hücrәyә keçdik.
531