Page 530 - alberto moravia_Макет 1
P. 530
Alberto Moravia
hamısını anlayar, bizim niyyәtimizi dә çin edәr. Düzü, bu
söhbәtlәrdәn tәngә gәlmişdim, içimdә qıcıq yaranmışdı: axı
heç öz halım da onunkundan yaxşı deyildi; bu işә qol qoymaq
istәmirdim. Amma özümә aşılayırdım ki, tәmkini itirmәk
olmaz, sakitlәşmәk lazımdır, üstәlik, arvada da ürәk-dirәk
vermәliyәm. Bu qәdәr çәnә döymәsinin qarşısını almaq üçün
ona yüngülcә, candәrdi etirazımı bildirdim, tәklif elәdim ki,
gәl uşağı Müqәddәs Pyotr kilsәsinin qabağına qoyaq.
– Yox, – dedi, – orada uşağı görmәyә bilәrlәr… yaxşısı
budur, via Kondottidәki balaca kilsәlәri sınaqdan keçirәk, ora -
da bahalı mağazaların sayı-hesabı yoxdur, bütün günü küçә -
dәn varlı adamlar keçir, әn münasib yerdir...
Avtobusa mindik. Adamların arasında arvadım naәlac qalıb
ağzını yummalı oldu. Әvәzindә uşağı adyala daha bәrk-bәrk
bürüdü, hәrdәn dә ehtiyatla üzünü açıb tamaşa elәyirdi. Körpә
isә öz çәhrayı sifәtini cındaya basıb möhkәmcә yatırdı. O da
bizim kimi, pis geyimdә idi, yalnız yun parçadan olan әlcәyi
babat görünürdü, özü dә elә hey әllәrini çölә çıxartmaq, sanki
mavi әlcәklәrini adamlara göstәrmәk istәyirdi.
Qoldoni Teatrının yaxınlığında avtobusdan düşdük, düşәn
kimi dә arvadım yenә ağzını açıb, gözünü yumdu. Zәrgәr
dükanının yanından ötәndә ayaq saxlayıb, qırmızı mәxmәrdә
vitrinә qoyulmuş zinәt әşyalarını göstәrә-göstәrә dedi:
– Sәn bir cah-calala bax, gör nә qiyamәtdir! Elә adamlar
da bu bahalı şeylәrә pul xәrclәmәkçün bura gәlir… Burada
kasıb-kusubun işi yoxdur, hamısı varlı-hallı adamlardı. Hә,
gәlib buralarda alış-veriş edirlәr, arada da dua üçün kilsәyә
baş çәkirlәr. Keflәri kök olur, uşağı görüb götürәrlәr...
O, bu sözlәri brilyantlara baxa-baxa deyirdi vә uşağı
sinәsinә sıxaraq sanki öz-özüylә müzakirә edirdi; hәdәqәsindәn
çıxmış gözlәri isә elә amansızlaşmışdı ki, ona söz demәyә
ürәk elәmirdim.
530