Page 535 - alberto moravia_Макет 1
P. 535

Körpə


             Soruşanda ki, noldu axı, nәdi sәni qәfildәn belә ağladan,
          nә desә yaxşıdır:
             – Onu ora qoyandan bәri elә bil boş qalmışam, nәyimsә
          çatmır... qucağımda, sinәmdәki yerindә nәsә çatışmır…
             – Aydındır, әlbәttә, aydındır… Amma keçib gedәcәk.
             Çiyinlәrini çәkib ağlamağa davam elәdi, amma birdәn-
          birә göz yaşı qurudu;  necә ki külәkdә daş küçәnin yağışı
          quruyar, bax o cür. Qәfil yerindәn sıçradı vә barmağını saraya
          tuşlayıb qәzәblә çığırdı:
             – İndi gedәrәm ora, kralın yanına keçib hamısını ona
          deyәrәm!
             – Dayan görüm ey, – tez qolundan yapışıb qışqırdım. –
          Bәyәm orada kral var? Başına hava gәlib sәnin?.. Bilmirsәn,
          kral nә vaxtdandı yoxdur?
             – Mәnә nә dәxli… Kralın yerindә kim oturubsa, ona
          deyәrәm. Orada kimsә var da! Kimsә olacaq da!
             Bir sözlә, әlimdәn çıxıb darvazaya cumdu.  Yaxşı ki,
          arxasınca ümidsizcәsinә olsa da, qışqırdım; qışqırmasaydım,
          orada hökmәn bir qalmaqal yaradacaqdı.
             – Qulaq as, mәn fikrimi dәyişdim… Gәl qayıdaq maşının
          yanına, uşağı götürüb özümüzә saxlayaq. Nә fәrqi var: bir
          uşaq az, bir uşaq çox.
             Görünür, bu fikir bayaqdan başında fırlanırmış, çünki
          kralla görüş barәdәki tәzә xәyalını dәrhal oradan sıxışdırıb
          çıxartdı.
             – Görәsәn, hәlә oradadır?
             Bunu deyib boz maşının dayandığı küçәyә tәrәf cumdu.
             – Niyә olmur kı?! Hәlә heç beş dәqiqә keçmәyib.
             Doğrudan da, maşın yerindә idi. İntәhası, arvadım maşının
          qapısını açanda sifәtindәn müştәbehlik yağan ortayaşlı harın
          bir kişi darvazadan bayıra çıxdı vә işi belә görcәk qışqırdı:
             – Dayan! Dayan görüm! Mәnim maşınımda nә işiniz var?
             – Mәnim işim özümünküylәdir, – arvadım kişiyә tәrәf



                                                              535
   530   531   532   533   534   535   536   537   538   539   540