Page 536 - alberto moravia_Макет 1
P. 536

Alberto Moravia


            dönmәdәn cavab verdi vә uşağı oturacaqdan götürmәk üçün
            aşağı әyildi.
                Ancaq kişi sәsini kәsmәdi:
                – Siz oradan nә götürürsünüz? Maşın mәnim maşınımdır…
            Başa düşürsünüz? Mәnimkidir!
                Gәrәk bu yerdә arvadımı görәydiniz! O dikәlib kişinin
            üstünә atıldı:
                – Sәndәn kim nә götürür ki? Qorxma, sәndәn heç nә
            oğurlayan yoxdur, sәnin maşınına isә tüpürmәyim gәlir. Bax
            belә…
                Vә doğrudan da, qapıya tüpürdü.
                – Bәs o bağlama nәdir? – kişi çaşqın halda soruşdu.
                – Bağlama deyil… Öz oğlumdur… Baxa bilәrsәn!
                Vә uşağın üzünü açıb kişiyә göstәrdi, ardınca da yenә
            gözünü yumub ağzını açdı:
                – Belә qәşәng oğlanı sәn öz arvadınla heç vaxt düzәldә
            bilmәzsәn, lap dünyaya tәzәdәn gәlsәn dә… Özün dә mәni
            tutub saxlamağı ağlına gәtirmә, yoxsa qışqırıb polis çağıraram,
            deyәrәm, uşağımı oğurlamaq istәyirdin.
                Bir sözlә, kişinin üstünә elә düşmüşdü ki, yazığın ağzı
            açıla qalmışdı, sifәti pörtüb qızarmışdı – az qalmışdı odünyalıq
            olsun. Nәhayәt, arvadım kiridi, geri dönüb kişinin böyründәn
            sakitcә ötüb-keçdi vә yolayrıcında gәlib mәnә çatdı.



















             536
   531   532   533   534   535   536   537   538   539   540   541