Page 534 - alberto moravia_Макет 1
P. 534

Alberto Moravia


                – Yox ey, mәn elә demirәm. Amma belә şeyi ya gәrәk heç
            nә düşünmәdәn, gözünü yumub, dәrhal edәsәn, ya da heç
            etmәyәsәn.
                – Yox, sәn sadәcә qorxursan. Qorxursan ki, birdәn mәn
            fikrimdәn daşınıb onu tәzәdәn evә apararam… Siz kişilәr
            hamınız qorxaqsınız!
                Görәndә ki, ona bu dәqiqә söz deyilәsi deyil, mәcbur
            qalıb sәsimin yumşaq yerinә salıram:
                – Sәni yaxşı başa düşürәm, narahat olma. Amma sәn dә
            başa düş: uşağımızın başına lap nә iş dә gәlsә, arxayın ol ki,
            yenә ona tormarançoda, bizim mәtbәxsiz komamızda
            böyümәkdәn yaxşı olacaq. O xarabada qışda qurdların, yayda
            milçәklәrin әlindәn tәrpәnmәk olmur.
                Bu dәfә heç nә demәdi.
                Hara getdiyimizi özümüz dә bilmәdәn via Nasionalla
            üzüyuxarı, Neron qüllәsinә doğru irәlilәdik. Qüllәnin arxa
            tәrәfindә, bir az aralıda tamamilә adamsız olan boş küçә var.
            Görәndә ki, darvazaların birinin qabağında boz rәngli boş
            maşın dayanıb, beynim dәrhal işә düşdü: maşına yaxınlaşıb
            dәstәyi burdum, qapı açıldı.
                – Tez ol, münasib mәqamdır, qoy onu arxa oturacağa, –
            arvadıma dedim.
                Mәn deyәnә qulaq asdı – uşağı oturacağa qoydu; mәn dә
            tez qapını örtdüm. İşin hamısını bircә dәqiqәnin içindә gördük.
            Sonra arvadımın qolundan yapışdım vә biz Kvirinaldakımey-
                 1
            dana tәrәf qaçdıq.
                Meydan boş vә qaranlıq idi. Yalnız sarayda bir neçә fәnәr
            yanır, mәhәccәrin arxasından isә Romanın sayrışan işıqları
            görsәnirdi. Arvadım fәvvarәnin yanındakı skamyada oturdu.
            Büsbütün qıvrılıb yumağa dönmüşdü. Üzünü yana tutub birdәn
            elә hönkürdü ki, gәl görәsәn!



            1 Kvirinalın yerlәşdiyi meydan – keçmiş Kral sarayı

             534
   529   530   531   532   533   534   535   536   537   538   539