Page 541 - alberto moravia_Макет 1
P. 541
Tezliklə görüşənədək
davam elәdi. – Amma fakt budur ki, mәnә xәbәri o gәtirdi…
Keşkә sәn onun sifәtini görәydin! Canına bir vәlvәlә düşmüşdü,
gәl görәsәn! Bilirsәn necә qorxur?
– Qorxur? – başımı qaldırmadan soruşdum. – Nәdәn qorxur
ki? Bәyәm mәhkәmәdә düzünü söylәmәmişdi? İfadә verәndә
borcunu yerinә yetirmәmişdi? Sonrasına qalanda, bәyәm jan-
darmlardan da yaxşı müdafiә var? Bәyәm hamısı onun arxasında
dayanmayıb?
– Sәn heç dәyişmәmisәn, Rodolfo, – Cici çiynimә vurdu. –
Elә hәminkisәn, bir tikә dәyişmәmisәn… O, sәnin xasiyyәtindәn
qorxur… Deyir, sәnә pislik elәmәk niyyәti yoxmuş, guya
hәqiqәti söylәmәyi tapşırıblarmış, o da söylәyib.
Mәn dinmәzcә oturmuşdum. Cici bir dәqiqә ara verib
tәzәdәn başladı:
– Kaş bilәydin sizin aranızdakı düşmәnçiliyi, bir-birinizә
nifrәt elәmәyinizi, bir-birinizdәn qorxmağınızı görmәk mәnimçün
necә ağırdır! Axı hәr ikiniz mәnә dostsunuz. Sәn dә, Qulyelmo
da. De görüm, barışmaq istәyәrsәn? İstәyirsәn sizi barışdırım?
İstәyirsәn ona deyim ki, hirsin soyuyub, hәr şeyi ona keçirsәn?
Onun nәyә işarә vurduğunu, söhbәtin ağzını hara yönәltdiyini
başa düşüb qәti cavab verdim:
– Yox, sәn ona heç nә demә.
– Niyә? – Cici ehtiyatla soruşdu. – Sәn hәlә dә ona
hirslisәn? Rodolfo, axı gör nә qәdәr vaxt keçib!..
– Sәn vaxt nәyә deyirsәn? Vaxt nә demәkdir axı? Mәn bu
gün gәlmişәm, amma elә bilirәm, hәr şey dünәn baş verib…
Hissiyyat zamandan asılı deyil.
– Çıxart bu fikirlәri başından, – Cici inad elәdi. – Sәnә
deyirәm, hamısını beynindәn çıxart. Sәn belә düşünmәli
deyilsәn… Nә xeyri var bunun?.. Mahnıda necә oxuyurdular,
yadındadı?
541