Page 526 - alberto moravia_Макет 1
P. 526

Alberto Moravia


                – Sabah niyә, elә bu gün görüşәk!
                – Bu gün? Lap yaxşı. Saat neçәdә?
                – Yarım saatdan sonra mәni aşağıda, barda gözlәyәrsәn.
                Vәssalam. Başqa heç nә demәdi, yüngülcә fırlanıb, quş
            kimi uçub getdi.
                Tәzәdәn yemәk otağına qayıtdım. Karlo nimçәni yarıyacan
            boşaltmışdı. İştahla yeyirdi, amma daha tәlәsmirdi.
                – Hayıf, – dedim, – Karlo, çox hayıf. Mәn bu işә bәrk
            tәәssüflәnirәm, amma mәni otaqdan qovdu…
                O, nimçәnin axırına çıxıb, sonra başını aşağı salladı vә
            çәngәlә taxdığı makaronu fırlada-fırlada ağladı.
                – Yaramaz qız… Mәn onu elә çox sevirdim ki!
                İndi özüm dә yemәyә girişmişdim; Faustina ilә danışandan
            sonra mәnә әcәb iştaha gәlmişdi. Souslu makaronla duzlu
            qoyun pendiri, hәqiqәtәn, qiyamәt idi.
                – Daha onu görmәk istәmirәm, – Karlo dedi. – Lap gәlib
            yalvarsa da, xeyri yoxdur, üzünә baxan deyilәm.
                Nimçәsi artıq boş idi; Karlo boşqabı tәzәdәn doldurdu.
                – Düz dә elәyәrsәn, – dedim.
                Qәrәz, ikilikdә – әsas da, әlbәttә ki, Karlo – o boyda
            qazanı yarısınacan boşaltdıq. Faustinanın anası içәri girdi,
            nәzakәt xәtrinә, bir az da әt yemәyimizi xahiş elәdi. Cavab
            verdim ki, artıq bәs deyincә yeyib doymuşuq. Ayağa qalxdım,
            amma yerindә oturub qalan Karlonun üzünün ifadәsindәn belә
            başa düşdüm ki, әtdәn imtina etmәzdi. Axırda, nәhayәt ki, o
            da dәrindәn köks ötürüb qalxdı; salfetlә әvvәl ağzını, sonra
            gözlәrini sildi. Faustinanın anasıyla sağollaşıb getdik.
                Küçәyә çıxan kimi Karloya dedim:
                – Yaxşı, mәn getdim, bir nәfәrlә vacib görüşüm var!
                Vә yazığa ağzını açmağa imkan vermәdәn qaçıb gözdәn
            itdim.
                Bir az küçәdә veyillәnәndәn sonra şәrtlәşdiyimiz vaxt
            bara gәldim. Faustina yolumu gözlәyirdi.  Tünd-bәnövşәyi


             526
   521   522   523   524   525   526   527   528   529   530   531