Page 523 - alberto moravia_Макет 1
P. 523

İştaha


          sonraya saxlamaq olar, bәs pendirli makaronu neylәyim, qalsa,
          xarab olacaq.
             Qız bütün bunları ara vermәdәn birnәfәsә söylәdi, sonra
          әzilmәsin deyә paltarının arxa tәrәfini yüngülcә qaldırıb köhnә,
          yaprıxmış divanda oturdu, dәrhal da sözünә davam elәdi.
             – Qulaq as, Karlo, bilirsәn sәni niyә dostunla birgә dәvәt
          etmişәm?!  Anam deyib ki, münasibәtimizi aydınlaşdıraq…
          Amma sәni bәri başdan xәbәrdar edirәm: mәni dilә tutmaq
          әbәsdir.
             Bilmirәm niyә, amma bu qızğıncasına deyilәn sözlәr
          canıma yağ kimi yayıldı. Üstәlik, danışa-danışa Faustina
          gözünü mәnә zillәmişdi, Karlonun heç üzünә dә baxmırdı.
          Baxışlarımız toqquşanda qızın necә nazla gülümsәdiyini dә
          sezdim. Karlo isә bu vaxt ağlamsınırdı:
             – Mәni sevmirsәnsә, bәs onda mәn neylәyim?
             Faustina ürәkdәn qәhqәhә çәkdi, ağzındakı ağappaq dişlәr
          görsәndi.
             – Mәn nә bilim?! Özünә ayrısını taparsan… Ya da heç tap-
          ma… Bunun mәnә dәxli yoxdur. Daha bizimki qurtardı.
          Görmәk istәmirәm sәni, başa düşürsәn?! Lap zәhlәmi tökmüsәn,
          bezdirmisәn mәni…
             – Niyә bezdirmişәm axı?.. Neylәmişәm ki?.. Mәndәn niyә
          zәhlәn gedir?
             Faustina hirslә yerindәn sıçrasa da, şәn cavab verdi; özü
          dә bu vaxt yaşıl gözlәri daim mәnim üzümdә gәzişirdi,
          Karlonun yox.
             – Bilmirsәn niyә zәhlәm gedir? Ona görә ki, sәn…
          gonbulsan, mağmınsan, qarınqulusan… Fikrin-zikrin yemәyin
          yanındadır, bütün gün qarnını doyurmağı düşünürsәn, yedikcә
          dә piylәnib şişirsәn. Bilirsәn rәfiqәlәrim mәnә nә deyir? Kral
          Farukun nişanlısı… Biz yanaşı duranda, fәrqi olmur, elә bil
          fillә qarışqayıq... Get öz tayını tap, mәn sәnin tayın deyilәm.
             – Axı mәn sәni çox sevirәm!
             – Mәnsә bir tikә dә!

                                                              523
   518   519   520   521   522   523   524   525   526   527   528