Page 551 - alberto moravia_Макет 1
P. 551

Katerina


          vә gözlәrinin ifadәsindәn bilinirdi: hәyәcanlı baxışları nәsә
          axtaran, ancaq axtardığını tapmayan heyvan baxışları kimi
          acgöz vә qәzәbli olmuşdu. Mәnә kobud cavab qaytaranda
          sәsindәki sadәcә qıcıq, yaxud antipatiya deyildi; yox, bu, daha
          çox canı ağrıyan vә bu ağrının nәdәn doğduğunu bilmәdiyindәn
          hikkәsini böyründәki heç bir tәqsiri olmayanın üstünә tökәn
          vәhşi heyvanın mırıltısına oxşayırdı.
             Xasiyyәtinin uşaq sarıdan dәyişmәsi barәdәki fәrziyyәlәrimi
          Katerinanın anası da tәsdiqlәdi. Giley-güzarımı eşidәn qadın
          bir dәfә mәnә danışdı ki, uşaq vaxtı Katerinanın әn sevimli
          mәşğuliyyәti kuklalarına layla çalmaq olub, hәmişә dә balaca
          qardaşlarına dayәlik edәrmiş. Böyüyәndә o, fiziki cәhәtdәn
          mәhz çoxlu uşaq doğacaq qadın kimi formalaşmışdı, özü dә
          bunu bilir vә gözlәyirdi. Amma uşaq yox idi, Katerina da
          bunun ucbatından özünüidarә hissini itirmişdi vә bu, onun
          iradәsindәn asılı deyildi.
             Belәcә, biz onunla daha beş il yaşadıq.  Ticarәt işlәrim
          babat gedirdi, hәtta buna yaxşı da demәk olardı, di gәl ki,
          özüm bәdbәxt idim. Katerina getdikcә daha dözülmәz olurdu,
          mәnә münasibәtdә isә lap ağını çıxartmışdı, çığır-bağırın,
          tәhqirin arası kәsilmirdi. Qonşular mәnim müqәddәs mәlәklә
          evlәnmәyimdәn daha danışmırdılar, artıq hamı bilirdi ki, evimә
          mәlәk yox, iblis gәtirmişәm.  Yazıq anam mәnә tәskinlik
          vermәyә çalışırdı – deyirdi, ola bilsin, Katerina uşağa qalar,
          yenә dönüb olar әvvәlki ürkәk, mehriban, utancaq qız. Mәnimsә
          buna ümidim az idi. Boynunu hirslә irәli uzadıb, evdә nә
          hikkәylә var-gәl elәdiyini görәndә canıma lәrzә düşür,
          düşünürdüm ki, haçansa axırıma çıxacaq – zәncirdәn qırılıb
          qәfildәn sahibinin üstünә atılan köpәk kimi mәni gәmirib
          parçalayacaq.
             Bunun sonu görsәnmirdi. Olurdu ki, tәkbaşına avaralandığım
          sahildә çaya baxa-baxa düşünürdüm: mәnim iyirmi beş yaşım
          var, hәlә çox cavanam, hәyatım isә bitmiş kimidir vә mәnim


                                                              551
   546   547   548   549   550   551   552   553   554   555   556