Page 553 - alberto moravia_Макет 1
P. 553

Katerina


             Bu sözlәri eşidәndә ağladı, boynumu qucaqlayıb bir neçә
          dәfә tәkrarladı ki, bәs özünü yığışdıracaq. Sonra pencәyi
          geymәyimә kömәk elәdi vә birlikdә evә qayıtdıq.
             Bunu ona görә danışıram ki, ümidsizliyin hansı hәddinә
          çatdığımı bilәsiniz.  Amma Katerina düzәlmәdi. Әksinә, o
          gündәn mәni әlә salmağa başladı ki, bәs özümü öldürmәyә
          cәsarәtim, kişiliyim çatmayıb.
             1943-cü il idi. İlk bombardmandan sonra anamın qәrarı
          belә oldu ki, dükanı bağlayıb onun kәndinә köçәk – Çoçara
          rayonundakı Vallekorsaya. Katerina, adәti üzrә, getmәyә gah
          razılaşır, gah imtina edirdi. Hәmin günlәr o, mәni lap tәbdәn
          çıxartdı. Axırda yola düşdük – qara bazar üçün un vә digәr
          әrzaq dalınca gedәn yolüstü yük maşınında.
             Biz maşının damında, hansısa skamyaların üstündә oturub,
          çamadanlarımızı da böyrümüzә qoymuşduq. Gün başımızı
          deşirdi. Frozinonanı keçәndәn sonra düzәngaha çıxdıq, dağlar
          xeyli arxada qaldı, hәr yanda otu biçilmiş sahәlәr uzanırdı.
          İstidәn birtәhәr olmuşdum, mürgü döyürdüm. Birdәn maşın
          dayandı, eşitdim ki, sürücü qışqırır:
             – Tәyyarә… hamınız xәndәyә tökülüşün!
             Tәyyarә özü görsәnmirdi, amma mühәrrikin uğultusu lap
          yaxında eşidilirdi. Yolun kәnarları boyunca qovaqlar, hündür
          ağaclar sıralanmışdı, uğultu da o tәrәfdәn gәlirdi – demәli,
          tәyyarә ağaclığın arxasında idi.
             Katerinaya dedim:
             – Tez ol, düş maşından.
             Amma o, çiyinlәrini çәkib acıqlı-acıqlı nә desә yaxşıdır:
             – Mәn burada qalıram, düşmürәm.
             – Tez ol, düş, – qışqırıram, – ölmәk istәyirsәn?
             – Mәnim üçün fәrqi yoxdur...
             Onun sәsi mәnә çatanda artıq yolun üstündәydim, özümü
          cәld arxın içinә tulladım. Hәmin anda elә bil göyün üzünü
          duman aldı – tәyyarә peyda oldu. Mühәrrikin şaqqıltısı ildırım


                                                              553
   548   549   550   551   552   553   554   555   556   557   558