Page 558 - alberto moravia_Макет 1
P. 558
Alberto Moravia
Baxmayanda da başqa hava çalır, yalançı sadәlövhlüklә
soruşurdular:
– Nolub sәnә, niyә bu gün ona baxmırsan?
İki-üç dәfә durub candәrdi piştaxtaya yaxınlaşdım, amma
hәr dәfә dә әliboş geri qayıtdım, hiss etdim ki, arxamda
qımışıb mәzәlәnirlәr. O ki qaldı Marçellanın qohumlarına,
caxırdan başı dumanlanmış Teodoro özünü elә göstәrirdi ki,
guya heç nә görmür, Elye isә bәdxah münasibәt göstәrirdi,
özü dә bunu gizlәtmirdi, hәlә iki dәfә üzümә dә demişdi:
– Yaxşısı budur, bacımı rahat buraxasınız… Gәrәk niyәsini
özünüz başa düşәydiniz… Әn azı, boy fәrqinizә görә.
Marçella özü isә... lap heykәl kimiydi, hәtta heykәl dә
dәrdimә acıyıb, vәziyyәtimi ondan yaxşı başa düşәrdi.
Bu arada özümdә-sözümdә deyildim, şövqüm artmış,
әmәlli-başlı cuşa gәlmişdim. Marçella rәfdәn çaxır şüşәsini
götürmәk üçün arxaya çevrilәndә, әyilib-qalxanda, yaxud
sinәsi qara önlüyün altından qabaranda qızın adicә hәrәkәtindәn
nәfәsim kәsilir, az qala, huşumu itirirdim. Bәzәn kart oynaya-
oynaya düşünürdüm: “Görәsәn, o, niyә belә xoşuma gәlir?”
Vә görürdüm ki, tәkcә hündür boyu deyil, qәdd-qamәtinin
tacı olan qәşәng balaca başı da mәni valeh edir. Bәs niyә o,
tәk mәnim, mәhz mәnim xoşuma gәlirdi – burasını bilmirdim.
Sevәndә hәmişә bu cür olur. Bir sözlә, qıza bir könüldәn min
könülә aşiq olmuşdum, amma vaxt keçir, o isә mәnimçün
uzaq, әlçatmaz qalmaqda davam edirdi. Bununla belә, hisslәrim
sönmәk әvәzinә, daha da alovlanırdı. Әgәr әvvәllәr onun
barәsindә yalnız sevmәk istәdiyim, ürәyimdәn keçәn bir qadın
kimi fikirlәşirdimsә, tәdricәn o qәnaәtә gәldim ki, Marçella
birbaşa mәnimçün – mәnim arvadım olmaq üçün yaranıb.
Hәlә siz mәndәki kişi tәsәvvürünә fikir verin: onda ki Marçellaya
nazını çәkdiyim qız kimi baxırdım – xәyalımda onunla
danışmaqdan, әlini sıxmaqdan irәli getmәyә cәsarәt etmirdim,
könlümdәn vur-tut onunla gәzmәk, kinoya getmәk, kafedә
558