Page 563 - alberto moravia_Макет 1
P. 563
MӘCLİS
Milad bayramı, Yeni il, Vәftiz…
Dekabrın ortalarında, adәtәn, söhbәt hәrlәnib-fırlanıb
bayramların üstünә gәlәndә canıma vicvicә düşür, elә bil
mәnә ödәnmәsinin vaxtı çatan borcumdan danışırlar, pul isә
yoxdur. Milad bayramı, Yeni il, Vәftiz. Niyә mәhz bu bayramlar
dalbadal gәlir?! Bunlar niyә axı ard-arda düzülüblәr?! Mәnim
kimi kasıblar üçün bu, az qala, ölümdәn betәrdi… Ona görә
yox ki, mәn işıqlı Miladı, Yeni ili, yaxud Vәftizi bayram
elәmәk istәmirәm, xeyr, iş orasındadır ki, qida mәhsulu satan
tacirlәr hәmin günlәrdә küçәnin tinlәrini xalis quldur kimi
kәsdirib dururlar, bizim kasıb-kusub qardaşlarımız da, necә
deyәrlәr, bayrama geyimli-kecimli gәlib, oradan lüt-üryan
qayıdır, evlәrinә boş ciblә, talanmış şәkildә dönürlәr. Ola
bilsin, çar Qoroxun dövründә Milad da, Yeni il dә, Vәftiz dә,
hәqiqәtәn, әsl bayram olub, onları bütün ciddiliyi ilә sidq-
ürәkdәn qeyd ediblәr – axı o vaxtlar nә indiki tәşkilatlar vardı,
nә bu cür tәbliğat, nә dә istismar. Amma zaman keçdikcә hәtta
әn avamlar da, әn sadәlövhlәr dә div yuxusundan ayıldılar,
başa düşdülәr ki, heç demә, bayram günlәrindә nәsә qazanmaq
olar. İndi elә belә dә edirlәr. İndi bu bayramlar – min cür ayın-
oyunla baş aldadan cüvәllağılar üçündür, o şeylәrә pul xәrclәyәn
kasıblar üçün yox. Tez-tez düşünürәm ki, mәsәlәn, pirojnasa-
tandan, qәssabdan, yaxud quş alverçisindәn ötrü bunlar әsl
bayramdır, çünki hәmin günlәrdә onlar öz matahlarını adi
günlәrdә olduğundan onqat bahasına xırıd edirlәr. Nәticәdә
belә alınır ki, yoxsullar bayramı boş cibişdanla, kasıb süfrәylә
qarşılayırlar, alverçilәr isә, necә lazımdırsa, o şәkildә – dolu
portmanatlar vә süfrәlәrindәki yüz cür naz-nemәtlә.
Heç nәyi şişirtmәdiyimә inanmağınız, düzgün danış ma -
ğım dan xatircәm olmağınız üçün, yetәr ki, mәnim kağız
lәvazimatı dükanımın yerlәşdiyi küçәyә nәzәr yetirәsiniz.
563