Page 560 - alberto moravia_Макет 1
P. 560
Alberto Moravia
qәtiyyәtlә yanaşdığını gördüm. Sonra o, piştaxtaya dirsәklәnib
Marçellaya tәrәf әyildi, qızla nәsә pıçıldaşmağa başladı.
Marçella gözünü ondan çәkmәdәn sakitcә cavab verirdi.
Danışıqları uzun çәkdi, әn azından, mәnә elә göründü. Bu
arada isә o birilәr elә hey mәni dümsüklәyib gülüşür, zarafatlaşıb
әylәnirdilәr. Marçella ilә sözünü bitirib aralananda Covakkino
ona nә dedisә, qız xәfifcә qızarıb gülümsәdi; bundan sonra
Covakkino tәzәdәn bizim yanımıza qayıtdı.
– Sabah axşam saat yeddidә Müqәddәs Pyotr kilsәsinin
yanında, sütunların sağ tәrәfindә, – o, sakitcә mәnә pıçıldayıb
razı görkәmlә, arxayıncasına әylәşdi.
Hamısı yer-yerdәn mәni tәbrik edib gözaydınlığı vermәyә
başladı: yәni iş görülüb, görüş dә tәyin olunub. Әlbәttә,
Covak kinoya tәşәkkür etmәli, bir stәkan çaxır gәtirmәliydim
ki, görsünlәr nankor-filan deyilәm. Xülasә, mәndәn tәlәb
olunan, öhdәmә düşәn hәr şeyi etdim; ancaq әvvәl öz
xoşbәxtliyimә sadәcә inanmırdımsa, indi qәti әmin idim ki,
bütün bunlar zarafatdır.
Qış vaxtı saat yeddidә hava artıq qaralır. Әvvәl fikirlәşdim
ki, görüşә getmәyim. Amma әvvәlki peşmançılıqlara baxma-
yaraq, içimdә hәlә dә xırda bir ümid yeri qalırdı; son anda
qәrar verdim ki, necә olsa, gedәcәm – gedәcәm ki, hәr şeyә
özüm әmin olum, bu işin biryolluq axırına çıxım. Axşam
vaxtları Müqәddәs Pyotr meydanı daş çöllüyә hәr hansı başqa
meydandan daha çox oxşayır; meydanın o başında isә torana
bәlәnmiş Müqәddәs Pyotr kilsәsi ucalır. Hündür sütunlardan
asılmış lampaların ağappaq işığında, Ranjero maşınlarının
sıralandığı fәvvarәnin sağ tәrәfindә cüvәllağılardan biri gözümә
sataşdı. Avtomobilin qabaq şüşәsindәn Covakkinonun dumanlı
sifәtini dә görәndә, bunun bir zarafat olduğuna daha heç bir
şübhәm qalmadı. Yalandan özümü laqeyd göstәrib maşına
yaxınlaşdım, әlimi saymazyana yellәtdim ki, hәr şeyi başa
düşdüyümü onlara göstәrim, tez dә aralanıb getdim. Özümü
560