Page 559 - alberto moravia_Макет 1
P. 559
Bəstəboy
oturmaq keçirdi; amma elә ki evlәnmәk fikrini beynimә saldım,
dәrhal qızı öz evimdә, masa arxasında mәnimlә yanaşı oturmuş,
yaxud dükanımın piştaxtası arxasında dayanmış vәziyyәtdә
görmәyә başladım. Bir sözlә, öz arvadım kimi.
Görünür, bu fikirlәr üzümdәn oxunurdu, çünki mәni dolayan
curlarımdan әn şükürlüsü olan Covakkino bir axşam biz dükan-
dan çıxanda dedi:
– Görürәm, Marçella ilә danışmağa әrdәmin çatmır. Sabah
sәnin yerinә özüm onunla danışaram… Görәrsәn – sәninçün
görüşә razılıq alacam.
Az qala, sevincdәn boynuna atılacaqdım, amma hәmişәki
kimi, bunun mәzә olduğundan ehtiyatlanıb yalnız onu dilә
tutmaqla kifayәtlәndim, hәrçәnd tәklifindәn boyun da
qaçırmadım. Covakkino kürәn, çәlimsiz, nala-mıxa vurmayan
inadkar oğlandı, özü dә sanki hәmişә harasa tәlәsirdi. Bilsәydim
ki, bu barәdә heç kәsә demәyib, bәlkә, ona inanardım. Amma
ertәsi axşam çaxır dükanına gәlәndә, әmin oldum ki, uşaqlar
hәr şeyi bilir. Hamısının da sirr dolu sifәtindә nәsә bir nigaran -
çılıq vardı, elә bil tәlә qumuşdular, sui-qәsd hazırlamışdılar.
– Arxayın ol, Covakkino mәsәlәni yoluna qoyacaq, – biri
mәnә dedi.
– Bir stәkan da iç, bu gün sәnin günündür, – başqası ürәk-
dirәk verdi.
Qәrәz, mәni bәrk şübhәlәndirdilәr. Mәnә elә gәlirdi ki,
kürәyim alışıb-yanır, çünki arxa tәrәfimdә piştaxta idi, piştaxta
dalında da müştәrilәrә xidmәt göstәrәn Marçella vardı. Bir
saatacan kart oynayıb çaxır içdik, sonra Teodoro bizim masadan
qalxıb o birinә keçdi; onda Covakkino tәrәddüd etmәdәn
ayağa durub qulağıma pıçıldadı:
– İndi gedib qızla danışaram.
Vitrinlә qapı arasında Pyemon çaxırının reklamı olan maili
güzgü asılmışdı. Güzgüdә Covakkinonun piştaxtaya necә
559