Page 557 - alberto moravia_Макет 1
P. 557

Bəstəboy


          qızın hәlә necә gözlәri, necә ağzı vardı! Nazik topuqlar, nazik
          bilәklәr. Sәsi mәlәk sәsi kimi incә, qәlbi dә, cüssәli qadınlara
          xas xalis uşaq qәlbi! Yәni demәk istәyirәm, çox utancaqdı, o
          dәrәcәdә ki, hәr hansı kişinin baxışlarını hiss edәn kimi qızarıb
          üzünü yana çevirirdi. Utancaqlığı ürәyimcә olsa da, di gәl,
          işlәri әmәlli-başlı çәtinlәşdirirdi.
             Axşam elektrik cihazları dükanımı bağlayıb şam elәyәndәn
          sonra dostlarımla çaxır dükanına gedirdim. İri zalın divarı
          boyunca çaxır şüşәlәri piramida şәklindә düzülmüşdü, içәridә
          bir neçә balaca masa vә “ayaqüstü” çaxır satışı üçün piştaxta
          vardı. Adәtәn, hәmişә içkili olan Teodoro masaların arasında
          gәzişir, gah bunun, gah onun masasında otururdu. Elye
          müştәrilәrә xidmәt edirdi, qara önlüklü Marçella isә salonun
          dәrinliyindәki piştaxtanın arxasında dayanıb, içәri “tezbazar”
          girib-çıxanlara çaxır satırdı. Kimә desәn, inanmaz ki, dükana
          baş çәkdiyim bütün ay әrzindә Marçella, bir dәfә dә olsun,
          başını qaldırıb mәnә baxmadı. Mәnsә qәsdәn piştaxta ilә
          üzbәüz oturub onunla göz-gözә gәlmәyә, baxışını tutmağa
          çalışırdım. Dostlar kart oynayır, hәrәyә yarım litr, bir litr çaxır
          içib zarafatlaşır, dükan bağlanana qәdәr oradan-buradan gap
          edirdilәr. Teodoro masanın birindәn durub o birindә otururdu,
          özünü dә elә aparırdı ki, guya hәr işi o görür, hәr şey ondan
          asılıdı; halbuki içib çәllәyini doldurmaqdan, bir dә kart
          sıxmaqdan savayı, işi-peşәsi yox idi. Elye ilә Marçella
          müştәrilәrә xidmәt göstәrirdi, mәnsә gündәn-günә qıza daha
          çox vurulur, sapı qırılmış marionetka kimi stulda dartına-
          dartına әbәs yerә çalışırdım ki, diqqәtini cәlb edim. Yaxınlaşmaq
          üçün fәrli bir bәhanә tapmırdım, o da piştaxtanın dalından
          çıxmaq bilmirdi. Әgәr tәk olsaydım, bәlkә, söhbәt salmağa nә
          cürsә bir yol tapardım, amma dostlar yaxınlıqdaydı, özlәri dә
          mәsәlәdәn duyuq düşmüşdülәr, mәni bir an dinc buraxmırdılar.
          Mәn qıza tәrәf baxan kimi, istehza ilә soruşurdular:
             – Nә baxırsan, hә, nә baxırsan? Birdәn udarsan ha onu.
          Yaxşısı budur, karta bax, ya da öz stәkanına.


                                                              557
   552   553   554   555   556   557   558   559   560   561   562