Page 21 - alberto moravia_Макет 1
P. 21
Çoçara
quzu kimi fağır görünürdü, iri gözlәrindә hәmişә mülayim,
hәtta kәdәrli ifadә vardı, nazik burnu, әtli dodaqları o dәqiqә
diqqәti cәlb edirdi, çәnәsi quzularda olduğu kimi nisbәtәn
kiçik idi. Quzu yunu kimi buruq-buruq, gur saçları tünd-
xurmayı rәngә çalırdı, zәrif ağ dәrisi güclә sezilәn çillәrlә
örtülmüşdü; mәnsә qarayağızam, dәrim dә әsmәrdir, elә bil
gündә qaralıb. Onu sakitlәşdirmәk üçün dedim:
– Hamı deyir, bugün-sabah ingilislәr bura gәlәcәk, daha
aclıq olmayacaq… Onacan bilirsәn, neylәyәcәyik? Kәndә
gedib, nәnәylә babanın yanında davanın axırını gözlәyәrik.
Orada aclıq çәkmәrik: paxla, yumurta, donuz әti – hәr şeylәri
var. Bilirsәn, kәnddә hәmişә yemәk tapmaq olar.
– Bәs mәnzilimiz necә olacaq? – soruşdu.
– Bunu da fikirlәşmişәm, qızım: mәnzili Covanniyә kirayә
verәrik… Yәni özümüzü elә göstәrәrik, guya kirayә veririk –
әn azı, mәnzilimizә dәyib-toxunan olmaz. Dükanı isә
bağlayacağam, onsuz da, satmağa heç nә yoxdur. Allah bilir,
bir dә haçan alver elәyәcәyik!
Kömür vә odun alveri ilә mәşğul olan Covanni rәhmәtlik
әrimin dostu olmuşdu. O, hündürboy, keçәl, kök, qırmızısifәt
kişi idi, bığı biz-biz dururdu. Elә mülayim baxışları vardı ki…
Әrimin sağlığında tez-tez meyxanada görüşür, mәhәllәnin
alverçilәri ilә birlikdә әylәnirdilәr. Hәmişә gen paltar geyirdi,
ağzında sönmüş siqar kötüyü, әlindә cib dәftәrçәsi, elә hey
nәsә yazır-pozur, hesab-kitab elәyirdi. Çox ünsiyyәtcil, xoşrәftar
adam idi; onda Rozetta hәlә balacaydı. Covanni hәr dәfә mәni
görәndә soruşurdu:
– Nә var, nә yox? Körpә necәdir, özünü necә hiss edir?
Bir dәfә başıma qәribә iş gәldi. İndi dә inana bilmirәm ki,
belә bir hadisә olub. Bәzәn hәyatda elә şeylәrlә rastlaşırsan
ki, bunun, hәqiqәtәn, olub-olmadığına inana bilmirsәn. Xüsusilә
mәnim vәziyyәtimdә buna inanmaq çәtindir – axı hәmin işi
görәn adam heç vaxt heç bir hәrәkәtiylә öz niyyәtini büruzә
21