Page 20 - alberto moravia_Макет 1
P. 20
Alberto Moravia
Kütlәnin içindәn polis çıxıb üstümә çımxırdı:
– Get buradan, yoxsa pis olacaq.
– Sәn bu gün yemәk yemisәn?.. Amma mәn yemәmişәm,
– ona dedim.
Polis mәnә şillә vurub camaatın arasına itәlәdi. Allaha and
olsun, onu öldürmәyә hazır idim; mәni kimsә tutmuşdu,
әlindәn çıxmağa çalışır, polisә dişimin dibindәn çıxanı deyirdim.
Hamı mәni oradan uzaqlaşdırmağa çalışırdı. Nәhayәt, camaatın
arasında yaylığımı itirәndәn sonra ayağımı sürüyә-sürüyә geri
qayıtdım. Evә gәlib Rozettaya dedim:
– Buradan vaxtında çıxıb getmәsәk, acından ölәcәyik.
Rozetta ağlaya-ağlaya cavab verdi:
– Qorxuram, ana!
Tәәccüblәndim, çünki indiyәcәn Rozetta nәdәnsә qorxduğunu
dilә gәtirmәmişdi, heç vaxt heç nәdәn şikayәtlәnmәmişdi.
Onun sakit tövrü hәmişә mәni dә ürәklәndirirdi.
– Nәdәn qorxursan, ay axmaq? – soruşdum.
– Deyirlәr, tәyyarәlәrlә hamımızı qıracaqlar. Әvvәl dәmir
yollarını, qatarları vuracaqlar, Roma tәcrid olunandan sonra
aclıq başlayacaq, heç kәs qaçıb canını qurtara bilmәyәcәk,
onda başımıza bomba yağdırıb hamımızı öldürәcәklәr. Çox
qorxuram, ana! Bir aydan çoxdur, Cinodan da mәktub gәlmir,
öldü-qaldısından xәbәr yoxdur.
Qıza ürәk-dirәk vermәyә çalışır, deyirdim, qorxmasın, axı
Papa Romada yaşayır; buranı bombalamazlar. Deyirdim,
almanlar tezliklә müharibәni udacaqlar, odur ki, qorxmağa
dәymәz, ancaq dediklәrimә özüm dә inanmırdım. Rozettanın
göz yaşları sel olmuşdu, sakitlәşmәk bilmirdi. Onda onu
qucağıma götürüb iki yaşında olduğu kimi, layla çalmağa
başladım. Ancaq bunun da kömәyi olmadı, oxşayıb-tumarladıqca
qız daha bәrkdәn ağlayırdı:
– Qorxuram, ana!
Fikirlәşdim ki, qәti mәnә oxşamır – axı heç vaxt heç
kәsdәn qorxmamışam. Rozetta sir-sifәtdәn dә mәnә çәkmәmişdi:
20