Page 16 - alberto moravia_Макет 1
P. 16

Alberto Moravia


                – Tәki davadan sağ-salamat qayıtsın… Qalan şeylәri özüm
            yoluna qoyaram.
                Qız sevincәk boynuma atıldı.
                O vaxtlar “hәr şeyi yoluna qoyaram” demәk asan idi: öz
            evim, dükanım vardı, xeyli pul qazanmışdım, müharibәyә
            gәlincә, mәlum mәsәlәdir ki, bütün savaşlar әvvәl-axır sona
            çatır vә hәr şey öz yerini alır. Rozetta sevgilisinin son
            mәktubunu mәnә göstәrdi. Oğlan yazırdı: “Vәziyyәtimiz çox
            ağırdır. Bu slavyanlar bizә itaәt etmirlәr, odur ki, hәr an hәr
            şeyә hazır olmalıyıq”. Yuqoslaviya barәdә heç nә bilmirdim,
            buna baxmayaraq, Rozettaya dedim:
                – Bizim bu ölkәdә nә işimiz var axı? Niyә qaxılıb oturmuruq
            evdә? Bizә tabe olmaq istәmirlәr, elә düz dә elәyirlәr.
                Bir dәfә, qırx üçüncü ildә yaxşı alver elәdim: Sermonetadan
            Romaya on әdәd donuz budu gәtirdim. Romaya sement aparan
            yük maşınlarından birinin sürücüsü ilә dil tapdım, o, donuz
            budlarını sementin altında gizlәdib, xatasız-balasız şәhәrә
            gәtirdi. Budları xırıd elәyib, xeyli pul qazandım – o vaxtlar
            Romada donuz әti qızıl qiymәtinә idi. Başım ticarәtә
            qarışdığından İtaliyada baş verәn hadisәlәri izlәyә bilmirdim.
            Sermonetadan qayıdanda mәnә dedilәr ki, Mussolini әkilib,
            tezliklә müharibә qurtaracaq.
                – Bilmәk istәyirsinizsә, Mussolini, ya Badolyo –  mәnim
                                                           1
            üçün fәrqi yoxdur, tәki alverim getsin, – dedim.
                Onu da deyim ki, Mussolinidәn xoşum gәlmirdi: sir-
            sifәtindәn zәhlәm gedirdi. Çox çәrәnlәyirdi. Hәmişә
            fikirlәşmişәm ki, Petaççi ilә aşiq-mәşuq olandan sonra işlәri
            düz gәtirmәdi. Mәlum mәsәlәdir, yaşlı kişilәr sevgidәn başını
            itirir, Mussolini isә hәmin qızla tanış olanda artıq babaydı.
            İyirmi beş iyul gecәsindәn bircә xeyrim oldu: intendantlığın



            1 25 iyul 1943-cü il – Mussolini diktaturasının süqutu; marşal Badolyo
            hökumәt başçısı olur.

              16
   11   12   13   14   15   16   17   18   19   20   21