Page 13 - alberto moravia_Макет 1
P. 13

Çoçara

             – Nәdir, sәnin mayan özgә xәmirdәn yoğurulub? Kişilәrdәn
          xoşun gәlmir?
             – Sәnә qalmayıb, – dedim. – Dul qadınam, dükan işlәdirәm,
          mәni yalnız öz alverim maraqlandırır… Biryolluq başa düş ki,
          mәnim üçün eşq, mәhәbbәt deyilәn şey yoxdur.
             Mәnә inanmadı, hәlә bir müddәt dә böyür-başıma fırlandı.
          Ancaq әvvәlki kimi sırtıqlıq elәmirdi. Әslindә, ona düzünü
          demişdim. Rozetta doğulandan sonra sevgi mәsәlәlәri arxa
          plana keçmişdi, sözün açığı, әvvәllәr dә belә şeylәrә aludә
          deyildim. Neylәmәk olar, xasiyyәtim belәdir – istәmirәm
          mәnә kimsә toxunsun, heç qabaqlar da istәmәmişәm. Ata-
          anam mәni әrә vermәsәydi, indiyә kimi bakirә qalardım.
             Kişilәri başdan çıxaran zahiri görkәmimdir. Onların xoşuna
          gәlirәm, baxmayaraq ki, bәstәboyam, üstәlik, yaşlandıqca
          xeyli kökәlmişәm. Ancaq üzümә bir dәnә dә qırış düşmәyib,
          gözlәrim qara, dişlәrim ağappaqdır. Dediyim kimi, hәyatımın
          әn xoşbәxt illәrini yaşayırdım, mәnimlә evlәnmәk istәyәn
          kim, eşq elan elәyәn kim.  Ancaq onların hamısı mәnim
          dükanıma vә mәnzilimә göz dikmişdi. Ola bilsin, bunu özlәri
          dә bilmirdi, bәlkә dә, sәmimiydilәr, ancaq mәn belә fikirlәşirdim:
          şәxsәn özüm istәnilәn kişini dükana, ya mәnzilә dәyişәrdim,
          nәdir, bәyәm onlar başqa cür fikirlәşirlәr, mәnim kimi deyillәr?..
          Hamının torpağı eyni yerdәn götürülüb. Varlı-hallı, yaxud heç
          olmasa, az-maz tәminatlı olsaydılar, yenә dәrd yarıydı.  Mәnimlә
          evlәnmәk istәyәnlәrin hamısı fırıldaqçı yaramazlar idi –
          niyyәtlәri üzlәrindәn oxunurdu. Polisdә işlәyәn bir neapollu
          lap ağını çıxarmışdı; qılığıma girmәyә çalışır, әlinә girәvә
          düşәn kimi üzümә xoş sözlәr söylәyir, mәni neapollularsayağı
          “donna Çezira” çağırırdı. Bir dәfә birbaşa üzünә dedim:
             – Әgәr mәnim evim, dükanım olmasaydı, yenә eyni şeylәri
          deyәrdin?
             O birilәrә baxanda bu, daha sәmimi idi, gülә-gülә belә
          cavab verdi:
             – Axı sәnin evin dә var, dükanın da.

                                                              13
   8   9   10   11   12   13   14   15   16   17   18