Page 9 - alberto moravia_Макет 1
P. 9

Çoçara


          açmağa çalışırdım; onlarla qiymәt danışmaqdan, sövdәlәşmәkdәn
          xoşum gәlirdi – bәzәn malı әlimә götürüb ağırlığını yoxlayır,
          sonra yerinә qoyub oradan aralanırdım. Birazdan dönüb yenә
          çәnәbazar elәsәm dә, heç nә almırdım. Bәzi alverçilәr göz-qaş
          elәyir, him-cimlә başa salmağa çalışırdılar ki, bәyәndiyim
          malı havayı da verә bilәrlәr, ancaq qırımımdan dәrhal başa
          düşürdülәr: mәn onların dediyi adam deyilәm. Mәğrur qız
          idim, belә tәkliflәrdәn qeyzlәnir, hirsimdәn özümә yer tapmırdım;
          yaxşı ki, qadınlar özüylә bıçaq gәzdirmir, yoxsa çoxdan
          әlimdәn xata çıxardı. Bir dәfә böyük bir sancaqla alverçilәrdәn
          birinә hücum çәkdim. O, mәnә hamıdan çox söz atır, qәmiş
          olub әl çәkmirdi. Yaxşı ki, polislәr vaxtında gәlib çıxdı, yoxsa
          sancağı düz kürәyinә yeridәcәkdim.
             Nә isә… Evә kefikök qayıdırdım. İçәri girәn kimi qazan
          asır, sümüklü әtlә şorba bişirirdim. Sonra dükana düşürdüm.
          Burada da özümü xoşbәxt hiss edirdim. Dükanda cürbәcür
          әrzaq malları satırdıq: makaron, çörәk, düyü, qurudulmuş
          tәrәvәz, çaxır, zeytun yağı, konservlәr… Kameyalı medalyonumu
          köynәyimә bәnd edir, qollarımı çirmәyib, kraliça әdasıyla
          piştaxta arxasına keçirdim. Özümü suda balıq kimi hiss edirdim –
          malları bir göz qırpımında tәrәzidә çәkir, tez-tez sayır, kağıza
          büküb müştәriyә verirdim. Әrim mәnim kimi әlli-ayaqlı deyildi.
          Hә, yadımdan çıxmamış deyim ki, mәn ortayaşlı kişiyә әrә
          getmişdim. Bәzi ağzıgöyçәklәr deyirdi ki, guya onun puluna
          tamah salmışam. Gizlәtmirәm, әrimә aşiq deyildim, ancaq
          Allah şahiddir, ona hәmişә yaxşı arvad olmuşam, baxmayaraq
          ki, onu heç dә vәfalı, ailәcanlı adam saymaq olmazdı. Bәzi
          qәribәliklәri vardı. Mәsәlәn, özünü inandırmışdı ki, qadınların
          xoşuna gәlir, әslindә isә, heç dә belә deyildi. O, gonbul idi,
          köklükdәn әziyyәt çәkirdi, qara gözlәrinә qan sağılmışdı, sarı
          sifәti lәkәlәrlә doluydu. Әtiacı, qapalı, kobud adam idi, heç
          kәsin sözünü eşitmirdi. Tez-tez çıxıb harasa gedirdi. Әslindә,
          hara getdiyini bilirdim. Bilirdim ki, pozğun qadınlarla görüşә


                                                               9
   4   5   6   7   8   9   10   11   12   13   14