Page 6 - alberto moravia_Макет 1
P. 6

Alberto Moravia


            yәtlәrinә görә onun “Biveclәr” vә “Çoçara” kimi romanları XX
            әsrin әn parlaq әdәbi nümunәlәrindәn hesab olunur. Bundan başqa
            o, “Maskarad”, “Aqostino”, “Nifrәt”, “Mәn vә o”, “Romaya
            sәyahәt» vә s. kimi mәşhur romanların, “Roma hekayәlәri”,
            “Tәnbәl yuxular”, “Başqa hәyat”, “Milyard il әvvәl…” vә s. kimi
            bütün dünyada sevilә-sevilә oxunan hekayә toplularının
            müәllifidir. Yazıçının әsәrlәri әsasında iyirmiyә yaxın film çәkilib,
            saysız-hesabsız teatr tamaşaları sәhnәyә qoyulub. Moravianın,
            demәk olar, bütün әsәrlәrindә birbaşa vә ya dolayısıyla әdәbiy -
            yatla, incәsәnәtlә bağlı mövzular da әks olunur.
                Alberto Moravia öz ölkәsinin hüdudlarından kәnarda әn çox
            oxunan müasir İtaliya yazıçısı hesab olunur. Onun yaradıcılığı
            hәmişә qeyri-adi tәsir bağışlayır: burada tәnqidi realizm, sosial-
            psixoloji realizm, neorealizm vә esseistika elementlәri qәribә bir
            vәhdәt tәşkil edir.
                Ümid edirik ki, oxuculara tәqdim edilәn “Çoçara” romanı vә
            “Roma hekayәlәri” yazıçının bәdii irsinin Azәrbaycanda daha
            yaxından tanıdılması işinә әhәmiyyәtli töhfә olacaq.

                                                      Etimad Başkeçid


























               6
   1   2   3   4   5   6   7   8   9   10   11