Page 11 - alberto moravia_Макет 1
P. 11

Çoçara


          başladı. Hәr şeyә dözürdüm, amma ürәyimin dәrinliyindә
          mәn dә ona kin bәslәmәyә başlamışdım, artıq üzünә baxanda
          ürәyim bulanırdı. Bir dәfә tövbә zamanı bunu keşişә dә
          danışdım, dedim, bu işlәrin axırı yaxşı qurtarmayacaq. Ancaq
          müqәddәs ata әsl xeyirxah insan kimi, mәnә Mәryәm Ananın
          әzablarını xatırladıb, dözümlü olmağımı mәslәhәt gördü.
          Bundan sonra evә Biçe adlı bir xidmәçi götürdüm. Qızın
          cәmisi on beş yaşı vardı, hәlә uşaq yaşından çıxmadığına görә
          qohumları xahiş etmişdilәr ki, ondan muğayat olum. Çox
          gözlәmәli olmadıq – necә deyәrlәr, әrim xadimә qıza quyruq
          oldu; başım müştәrilәrә qarışan kimi dükandan çıxır, pillәlәrlә
          qalxıb, birbaşa mәtbәxә gәlir vә ac qurdtәk Biçenin üstünә
          cumurdu. Bir dәfә onun üzünә qayıtdım, dedim, qızı rahat
          buraxsın. Ancaq sözüm kar elәmәdi, onda Biçeylә hesablaşıb,
          onu işdәn qovdum. Bundan sonra әrim lap quduzlaşdı, mәni
          eşşәk adlandırmağa başladı: “Eşşәk gәlib? Eşşәk hanı?”
             Bir sözlә, günümü göy әsgiyә bükmüşdü, iztirablarım
          bitib-tükәnmәk bilmirdi. Odur ki, әrim xәstәlәnib yorğan-
          döşәyә düşәndә qәribә bir yüngüllük hiss etdim. Bütün bunlara
          baxmayaraq, ona can-başla qulluq edir, qeydinә qalırdım.
          Fikirlәşirdim ki, әrli qadın xәstә әrinin qulluğunda durmalıdır.
          Qonşular da görürdü ki, dükanı başlı-başına buraxmışam.
          Bütün günü onun yanında olur, gecәni sәhәrәcәn yatmırdım.
          Nәhayәt, canını tapşırdı vә mәn yenidәn özümü xoşbәxt hiss
          etmәyә başladım. Öz dükanım, mәnzilim, mәlәk kimi qızım
          vardı – mәnә başqa heç nә lazım deyildi.
             Min doqquz yüz qırx bir, qırx iki, qırx üçüncü illәr
          hәyatımın әn xoşbәxt illәriydi. Müharibә gedirdi, ancaq mәnim
          eynimә dә deyildi: oğlum da yox idi ki, davaya aparsınlar.
          Fikirlәşirdim ki, qoy tәyyarәlәrlә, tanklarla, bombalarla bir-
          birini qırıb çatsınlar, mәnә nә? Öz mәnzilim, öz dükanım
          vardı vә özümü göyün yeddinci qatında hiss edirdim. Mәni
          dava-şava maraqlandırmırdı. Saymağı, haqq-hesab elәmәyi,


                                                              11
   6   7   8   9   10   11   12   13   14   15   16