Page 7 - alberto moravia_Макет 1
P. 7
ÇOÇARA
(roman)
I fәsil
Әrә gedib doğma kәndimdәn Romaya köçmüşdüm… Gözәl
günlәr idi. Bilirsiniz dә, mahnıda necә oxuyurlar:
Çoçara әrә gedәndә
1
birinә kәndir verir, birinә çoçi. 2
Ancaq ikisini dә – kәndiri dә, çoçini dә – әrimә vermişdim,
çünki, әvvәla, o, әrim idi, ikincisi dә, mәni Romaya aparmışdı.
Sevincimin hәddi-hüdudu yox idi, amma onda Romada hansı
bәlalarla üzlәşәcәyimi bilmirdim. O vaxtlar irigözlü, girdәsifәt
qız idim. Qara gözlәrimdәn od yağırdı. Şәvә kimi qapqara,
qulac-qulac saçlarım, qoşa hörüyüm vardı. Dodaqlarım mәrcan
rәngindәydi, gülәndә muncuq kimi düzülmüş ağappaq dişlәrim
görünürdü. Möhkәm qız idim, başımda bir dәfәyә әlli kiloyacan
yük daşıya bilirdim. Kәndli qızıydım, ancaq mәni әr evinә әsl
sinyora kimi yola saldılar, ata-anam otuz mәlәfә, otuz balışüzü,
otuz yaylıq, otuz darbalaq, otuz köynәk cehiz verdi. Hamısı
da möhkәm kәtan parçadan idi: onları әl maşınında anam özü
tikmişdi, hәtta mәlәfәlәrin kәnarına gözәl naxışlar da vurmuşdu.
Tünd-qırmızı, bahalı mәrcandan düzәlmә zinәt әşyalarım –
mәrcandan boyunbağı, mәrcanla işlәnmiş qızıl sırğa, qızıl
üzük vә sancaq da vardı. Bundan başqa, ailәnin qızıllarını da
1 Çoçara – çoçariyalı qız – (Çoçariya – Romanın cәnubundakı dağlıq
әrazidә yerlәşәn vilayәt)
2 Çoçi – dәri vә ya toxunma altlığı olan başmaq növü
7