Page 10 - alberto moravia_Макет 1
P. 10
Alberto Moravia
gedir. Mәlum mәsәlәdir, pulla çox şeylәr elәmәk olar, pula
görә cavan qızlar da әtәyini çirmәlәyir. Qadınlarla işi düz
gәtirәndә dәrhal hiss elәyirdim – belә vaxtlarda üzünün qırışığı
açılır, sevinirdi, hәtta mәnimlә mehriban davranmağa başlayırdı.
Bәzәn isә әli әtәyindәn uzun qayıdırdı. Onda üz-gözündәn
pәrtlik yağır, qaşqabağı yer süpürürdü. Ürәyini soyutmaq üçün
bәzәn mәni kötәklәyirdi dә. Bir dәfә yenә mәnә әl qaldıranda
ona dedim:
– Get, o qәhbәlәr, o da sәn! Ancaq mәnә toxunma, yoxsa
başımı götürüb gedәcәyәm, atam evinә qayıdacağam.
Dediyim kimi, arxamca düşüb, mәnә eşq elan elәyәn
kişilәri yaxın qoymurdum; evin, dükanın qayğıları ilә yaşayırdım,
qızım olandan sonra isә mehrimi ona saldım, yalnız uşaqla
mәşğul olmağa başladım. Artıq kişilәrdәn zәhlәm gedirdi,
demәk olar, onlardan iyrәnirdim: bәlkә dә, ona görә ki, yaşlı,
kifir әrimdәn savayı, kişi üzü görmәmişdim. Ancaq kişi
sevgisinә möhtac da deyildim. Yalnız bir istәyim vardı:
başağrısız, sakit, firavan hәyat arzulayırdım. Ümumiyyәtlә,
qadın hәmişә әrinә sәdaqәtli olmalıdır, әri ona xәyanәt etsә
belә.
Bir neçә ildәn sonra әrim qadınlar sarıdan korluq çәkmәyә
başladı – artıq pul-para müqabilindә belә, onunla yaxınlıq
etmәk istәyәn tapılmırdı. Lap dözülmәz olmuşdu. Çoxdandı
әr-arvad kimi yaşamırdıq, ancaq birdәn-birә – bәlkә dә, başqa
qadın tapmadığına görә, – mәnә meyil etmәyә başlamışdı.
Yaxınlıq etmәyә çalışırdı, ancaq adi qaydada, әr-arvad kimi
yox, pozğun qadınlar öz oynaşıyla yaşadığı kimi. Saçımdan
yapışıb elә әxlaqsız hәrәkәtlәr elәyirdi ki, buna heç cür razılaşa
bilmәzdim. Romaya gәldiyim fәrәhli vaxtlarımda mәnә elә
gәlirdi ki, onu sevirәm, ancaq heç onda da belә şeylәrә razılıq
vermirdim. O, әvvәlcә mәni döyә-döyә yola gәtirmәyә çalışırdı,
bundan bir şey çıxmadığını görәndә mәcbur qalıb әl çәkdi,
amma mәnә nifrәt elәmәyә, әlә salmağa, mәsxәrәyә qoymağa
10