Page 5 - alberto moravia_Макет 1
P. 5

Müasir İtaliya әdәbiyyatının
                         әn çox oxunan yazıçısı


             XX әsr İtaliya әdәbiyyatı yalnız tәmsil etdiyi ölkәdә deyil,
          elәcә dә dünyada baş verәn mürәkkәb tarixi vә siyasi proseslәrin
          ümumi ahәngini özündә әks etdirir.  Әsrin әvvәllәrindә meydana
          çıxan faşist ideologiyası, İkinci Dünya müharibәsinin tarixi
          tәcrübәsi vә Müqavimәt hәrәkatı ictimai şüurda, cәmiyyәtin bütün
          tәbәqәlәrinin dünyagörüşündә böyük dәyişikliklәrә sәbәb oldu.
          Bütün bunlar sәnәt alәmindә, o cümlәdәn italyan әdәbiyyatında
          yeni meyillәrin yaranmasına (müharibә vә Müqavimәt hәrәka -
          tının, ölkәdә baş verәn dramatik hadisәlәrin işıqlandırıl ması vә s.)
          gәtirib çıxardı. Belәliklә dә, incәsәnәt, әdәbiyyat vә kinoda
          möhkәm lәnәn neorealizm cәrәyanı ümumavropa mәdәni prose -
          sin dә olduğu kimi, italyan әdәbiyyatında da әhәmiyyәtli rol oyna -
          mağa başladı. Sözügedәn cәrәyanı tәmsil edәn mәtnlәr gerçәkliyi
          olduğu kimi, real cizgilәrlә tәsvir etmәyә çalışırdı. Bu proseslәr
          yeni bәdii tәsvir vasitәlәrinin, üslubi keyfiyyәtlәrin, sadә vә
          anlaşıqlı bәdii tәhkiyәnin meydana çıxması ilә müşayiәt olunurdu.
             Hәmin dövrә aid әdәbi mәtnlәrin sәciyyәvi xüsusiy yәt -
          lәrindәn biri insanın mәsuliyyәt hissinin daha qabarıq şәkildә
          günd әmә gәtirilmәsi idi. A.Moravia da öz roman, hekayә vә
          novel lalarında bu mәsәlәni ön plana çәkmәklә bәrabәr, hәm dә
          real hәyatı anlamağa, dәrk etmәyә çalışır vә nәticә etibarilә,
          mükәmmәl sәnәt әsәrlәri yaradırdı.  İtaliyanın mәdәni hәyatında
          xüsusi yeri olan Moravia hәmişә fәrqli düşünür, öz mövqeyini
          әsaslandırmağı vә müdafiә etmәyi bacarırdı. Onun yaradıcılığı
          60-cı illәr İtaliya әdәbiyyatı üçün özünәmәxsus simvol vә istinad
          nöqtәsi rolunu oynayırdı. Elә buna görә dә Moravianın vәtәndaş
          mövqeyi ilә hesablaşır, hәtta bәzәn mübahisәli görünәn prinsip -
          lәrinә dә hörmәtlә yanaşırdılar.
             Alberto Moravia öz әsәrlәrindә bir-birindәn fәrqlәnәn çox -
          saylı bәdii formalardan istifadә edirdi ki, onlar da sür rea lizm dәn
          tutmuş, neorealizmә qәdәr dәyişilә bilirdi. Mәhz bu xüsusiy -


                                                               5
   1   2   3   4   5   6   7   8   9   10