Page 12 - alberto moravia_Макет 1
P. 12

Alberto Moravia


            imza atmağı bacarırdım, amma sözün düzü, yaxşı oxuya
            bilmirdim. Qәzetlәrdәn yalnız kriminal xәbәrlәri oxuyurdum,
            daha doğrusu, Rozettanı oxumağa mәcbur edirdim. Almanlar,
            ingilislәr, amerikalılar-filan – mәnim üçün hamısı birdi, yad
            tayfaydı.
                –  Alverim yaxşı gedirsә, demәli, hәr şey yaxşıdır, –
            dükanıma gәlib, “filan yerdә qәlәbә bizim olacaq”, “filan yerә
            gedәcәyik”, “filan-filan işlәri görәcәyik” deyә lovğalanan
            hәrbçilәrә belә deyirdim.
                Alver isә, doğrudan da, pis getmirdi, baxmayaraq ki,
            müştәrilәrin çoxu alış-verişi әrzaq kartları ilә edirdi vә biz
            Rozettayla bütün günü dәrzi kimi qayçı işlәtmәli olurduq.
            Zirәk, diribaş qadın idim, müştәrilәri çәkidә aldatmağı da
            bacarırdım, ancaq alver hәm dә ona görә yaxşı gedirdi ki,
            camaata әrzaq kartları paylanmışdı vә biz qara bazarda da
            әlaltından işlәr görürdük. Bәzәn dükanı bağlayıb, Rozettayla
            birgә öz doğma kәndimizә, ya da yaxın yerlәrdәn birinә
            gedirdik. Gedәndә özümüzlә xüsusi kartondan düzәldilmiş
            iri, boş çamadanlar götürürdük. Qayıdanda bu çamadanlar un,
            toyuq budu, yumurta, kartofla dolu olurdu. Polislәrlә dil
            tapmışdım – axı onlar da yemәk sarıdan korluq çәkirdi, – odur
            ki, daha çox әlaltından alver elәyirdim. Bir dәfә polislәrdәn
            biri marığa yatıb, mәni güdmәk fikrinә düşmüşdü vә günlәrin
            bir günü dükana gәlib dedi ki, onunla yaxınlıq etmәsәm, mәni
            şeytanlayacaq. Tövrümü pozmadan cavab verdim:
                – Yaxşı… axşam yanıma gәlәrsәn.
                Polisin rәngi allandı, kirimişcә çıxıb getdi. Danışdığımız
            vaxtda mәnzilimә gәlәndә isә onu mәtbәxә apardım vә yeşikdәn
            bıçağı götürüb boğazına dayadım:
                  – Buyur, şeytanla… ancaq әvvәlcә boğazını kәsәcәyәm.
                Qorxudan sarısını udan polis and-aman elәdi ki, bunların
            hamısı zarafatdır, mәni şeytanlamaq niyyәti yoxdur. Sonra
            әlavә elәdi:



              12
   7   8   9   10   11   12   13   14   15   16   17