Page 88 - book-online
P. 88
ìÿä Àüàîüëó

kiçik uşaqla tәk qalmışdı. Yanlarında hayan olacaq bir
kimsә yoxdu. Şaşqın, pәrişan halda idilәr. Bu arada qapı
açıldı. Ağaoğlu Əhmәdin xanımı ilә qızları içәri girdilәr.
Sәhәr açılana qәdәr orada qaldılar.

Bir gün sonra “Hakimiyyәti-Milliyә” qәzetindә bu
hәbslә bağlı yazıda Əhmәd Ağaoğlunun qızlarının әski
bәhriyyә vәkilinin xanımına tәsәlli vermәk üçün tez-
tәlәsik onun evinә qaçdıqlarından uzun-uzadı bәhs olu-
nurdu. Atam hәmin yazını yazan adamı çox yaxşı tanıyırdı.
Onu görәndә qulağını dartıb “Sәnin dә başına belә iş
gәldiyi zaman xanımına, uşaqlarına hayan durmaq üçün
birinci özüm qaçıb gәlәcәyәm. Bunu indidәn bilmәyini
istәyirәm, cavan oğlan!” – demişdi.

Yaraşığı ilә mәşhur, üzü qulaqlarının dibinә qәdәr
qızaran yazı müәllifi atamın әllәrindәn yapışmışdı:
“Ustadım! Ustadım! Mәni әfv edin. Vallah, yazdırdılar!”

Divani-Alinin ilk günü hәyatımın mәndә qüvvәtli iz
buraxdığı mәnzәrәlәrdәn birinә şahid olmuşdum.

Böyük qәlәbәlik toplaşmışdı. Ədliyyә binasının
koridorları adamla xınchaxınc dolu idi. Mәhkәmә salo-
nuna yalnız öncәdәn xüsusi dәvәt kartı alanlar
buraxılırdı. Dörd bir tәrәfdә son dәrәcә güclü mühafizә
tәdbirlәri görülmüşdü. Hәr addımda polis, әsgәr, inz-
ibat amirlәri gözә dәyirdi.

Salona Divani-Alinin Tәmyizdәn (Yarğıtay – Ali
Mәhkәmә) seçilmiş rәis vә üzvlәri әyinlәrindә mantiya
daxil oldular. Onların ardınca Dövlәt Şurasından (Da-
nıştay) gәlәnlәr mülki paltarda keçib yerlәrini tutdular.

Hüquq fakültәsinin gәnc tәlәbәsi kimi ilk dәfә
gördüyüm bu böyük әdliyyә heyәti, üzәrimdә qәribә
tәsir buraxdı. Mәnә maraqlı idi: görәsәn, niyә Divanın
bәzi üzvlәri mәhkәmәyә mülki paltarda gәlmişdilәr?

88
   83   84   85   86   87   88   89   90   91   92   93