Page 89 - book-online
P. 89
Àòàìûí äîñòëàðû

Mәhkәmә rәisi “Mü әhimi gәtirin!” – dediyi zaman
bütün başlar soldakı qapıya tәrәf çevrildi. Əvvәlcә içәriyә
parıldayan bir süngü girdi. Arxasından isә әski bәhriyyә
vәkilinin açıq-yaşıl gözlәri göründü. Dalınca başqa bir
süngünün parıltısı salona yayıldı.

Ona baxdım. Əvvәldәn dә qırışları az olmayan üzü
indi sanki ovucda sıxmalanıb әzilmiş bir qumaş parçasına
bәnzәyirdi!

Sәsi titrәk vә boğuq çıxırdı. Qarmaqarışıq saçları,
bürüşmüş üzü mәnә birdәn-birә Dantonu1 xatırlatdı.
Bәli, hәqiqәtәn dә, Dantonun rәsmlәri ilә qarşımdakı
bu üz arasında bir bәnzәrlik vardı. Yalnızca bu qәdәr!
Biri bir büt, digәri isә iftiraların, paxıllıqların, düşmәn-
çiliklәrin qurbanına çevrilәn sadә insan! Birinin başını
qana susamış inqilab yemişdi. Digәrinin başı öz
tәdbirsizliyinә, bәsirәtsizliyinә, qüruruna qurban gedirdi.

Divani-Ali önündәn dövlәtin böyüklü, kiçikli,
aralarında siyasәtçi vә mәmurlar da olan bir çox insanları
gәlib keçiblәr. İclaslar, yalan şahidliklәr, haqsız açıqlamalar,
lüzumsuz izahatlar, yaddan çıxarılanlar, “Cümhuriyyәtin
şәrәf vә heysiyyәtinin qorunmasını” hakimdәn kәskin
tәrzdә tәlәb edәn ifadәlәrlә dolub-daşırdı. Nәhayәt, qәrar
vermәk günü gәlib çatdı. O, hәr zaman geyindiyindәn
daha sәliqәli paltarda, hәr zaman olduğundan daha
sakin tәrzdә xüsusi ayrılan yerdә oturmuşdu. Özünü
son dәfә hәvәssiz şәkildә, cәzasını çәkmәyә hazır
olduğunu söylәyәrәk müdafiә elәdi.

Qәrar oxunduqca, Böyük Millәt Mәclisi istintaq
komissiyası vә güclü düşmәninin i iham etdiyi

1 Danton Jorj Jak (1759-1794) – fransız inqilabçısı, ilk Fransa Respublikasının
qurucularından biri, Fransa hökumətində ədliyyə naziri və ictimai qurtuluş
komitəsinin sədri

89
   84   85   86   87   88   89   90   91   92   93   94