Page 84 - book-online
P. 84
ìÿä Àüàîüëó

müdir müavini vәzifәsindә çalışdığım sırada yerli kiçik
biznesin vәziyyәtini araşdırmaq üçün Dәnizliyә
getmişdim. Bir axşam Xalq evindә bәzi Dәnizli millәt
vәkillәri vә mәmurlarla yemәk yeyirdik. Masamıza
ağsaqqallıq edәn Dәnizli millәt vәkili mәrhum Mәzhәr
Müfid1 başından gәlib-keçәnlәri, xatirәlәrini anladırdı.
Arada әski bәhriyyә vәkilinin hadisәsinә dә, toxundu.
Mәzhәr Müfid ad çәkәrәk onun günahsız olduğunu,
ancaq bir qisim insanların düşmәnçilik hәdәfinә tuş
gәldiyini dedi. Şәrq İstiqlal Mәhkәmәsinә rәhbәrliyi
dövründә Ali Saib bәyin, hәqiqәtәn dә, keçmişdәn
düşmәnçilik apardığı bәzi adamları mәhkәmә yolu ilә
aradan götürmәyә çalışdığını, bәhriyyә vәkilinin dә
buna görә onun mәhkәmәyә verilmәsini istәdiyini nәql
etdi. O gündәn etibarәn iki tanınmış şәxs arasında
düşmәnçiliyin başlandığını, Ali Saib bәyin hәr vasitә ilә
ölkә rәhbәrlәrini, yüksәk vәzifәli rәsmilәri özünә can
düşmәni saydığı adamın üzәrinә qaldırmaq üçün dәridәn-
qabıqdan çıxdığını danışdı.

Burada әski bәhriyyә vәkilinin yavәrinin söhbәt
zamanı mәnә söylәdiklәrini yazmadan da keçmәyәcәyәm.

Bәhriyyә vәkili haqqında araşdırılma aparıldığı vaxt-
larda bir dәfә Ali Saib bәy Keçiörәn mәhәllәsindә, küçәdә
hәmin yavәrin qoluna girәrәk yavaşdan qulağına
pıçıldayır: “Bu işlә bağlı bildiklәrinin hamısını söylәmәyә
nә lüzum var? Hadisә sәnin düşündüyün kimi olmayıb.
Gәncsәn, әgәr gәlәcәyini tәmin etmәk istәyirsәnsә,
dediyim kimi hәrәkәt elә!”

Gәnc dәnizçi zabit hirslә qolunu Ali Saibin qolundan
çәkir: “Vicdanımın sәsindәn başqa heç bir sәsә qulaq as-
maram. Allahdan başqa da heç kimsәdәn qorxum yoxdur.

1 Məzhər Müfid Kansu (1874-1948) – türk dövlət adamı, vali, millət vəkili

84
   79   80   81   82   83   84   85   86   87   88   89