Page 80 - book-online
P. 80
ìÿä Àüàîüëó
sәrt şәkildә üstünә düşdüklәri zaman müdafiәnә qalxan
mәn olmuşam!
Atam sakit, tәmkinli sәslә cavab vermişdi:
– Əgәr o zaman mәni müdafiә etmişdinsә, demәk,
mәsum vә günahsız olduğumu bildiyin üçün buna qәrar
vermişdin. Əgәr haqlı olmadığım halda müdafiәmә
qalxmışsansa, o zaman vәzifәni düzgün yerinә yetir-
mәmisәn. İndi de görüm, içәrisinә düşdüyün tәzad uçu-
rumunu görә bilirsәnmi?
Araya girmiş, onları ayırmışdılar. Amma salam-sağol
da kәsilmişdi.
Bir neçә ay keçdi. Bәhriyyә vәkilinin hökumәtdәki
yerinin sarsılmağa başladığı haqda danışılanlar onu
getdikcә daha kәskin, daha sәrt vә әsәbi vәziyyәtә
gәtirirdi. Nәhayәt, bir gün Bәhriyyә vәkilliyinin yaxın
zamanlarda lәğv edilәcәyini bildirdilәr. Bu, keçmiş topçu
minbaşısı üçün ağır zәrbә oldu. Hәqiqәtәn dә, yaxşı
işlәrә iqdam etmişdi. Donanmanın flaqmanı, yeganә
zirehli gәmisi olan “Yavuz”un1 tәmiri üçün bütün lazımi
tәdbirlәri görmüşdü. Baş vәkilin, hә a ayrılıqda hәr bir
hökumәt üzvünün mәqbul saydığı firma vә şәrtlәrlә
müqavilә hazırlanmış, imzalanmağa hazır vәziyyәtә
gәtirilmişdi. Cümhuriyyәt Donanmasının tәmәlini, sü-
tununu tәşkil edәcәk “Yavuz”un tәmiri ilә bağlı şәrәfi
әlindәn qaçırmaq istәmirdi. Bir uşaq yelbeyinliyi ilә baş
vәkilin yardımına güvәnәrәk sәlahiyyәt müddәtinin
bitmәsinә bir neçә gün qalmış müqavilәni imzalamışdı.
Bu, qanun nöqteyi-nәzәrindәn olmasa da, siyasәt
1 “Yavuz” – Almaniya istehsalı olan zirehli hərbi gəmi. İnşası 1911-ci ildə başa
çatdırılmışdı. 1914-cü ilin avqustunda “Sultan Səlim Yavuz” adı ilə türk
donanmasının tərkibinə daxil edilmiş və 1950-ci ilə qədər flaqman funksiyasını
yerinə yetirmişdi. Sevr sülh anlaşması kreyserin Böyük Britaniyaya verilməsini
nəzərdə tutsa da, Lozanna anlaşması nəticəsində Türkiyədə qalmışdı.
80