Page 85 - book-online
P. 85
Àòàìûí äîñòëàðû

Bundan sonra sizinlә aramızda da hәr hansı bir münasibәt
qalmadı”.

İndi bu sәtirlәri yazarkәn sonralar Ali Saib bәyin dә
başına gәlәnlәri, onu mәhkәmәlәrә, hәbsxanalara
sürüklәyәn iftiraların tarixçәlәrini yaxşı xatırlayıram.

Zәmanә içrә mücәrrәbdir intiqami-zaman,
Hәmişә yaxşıya yaxşı verir, yamana yaman!

Yenә әski bәhriyyә vәkilinin mәnә danışdığı bir
başqa hekayәt var: Bәhriyyә vәkilliyi lәğv edilmәdәn
öncә baş vәkilә mәktub göndәrib Böyük Fransa
inqilabından misallar gәtirdikdәn sonra: “Biz dә biri-
birimizin üstünә düşürük. Ona görә dә inqilabımızın
aqibәtinin Fransa inqilabının aqibәtinә, taleyimizin isә
fransız inqilabçılarının taleyinә oxşayacağından qor-
xuram” – deyә әndişәlәrini dilә gәtirmişdi. Bu sözlәri o
zaman hökumәtә hәdә-qorxu kimi qiymәtlәndirmişdilәr.

Haqqında tәhqiqat açılmasını istәyәn sәnәd Millәt
Mәclisindә oxunan zaman iki tәsirin altında idi. Bir
qisim dostları ona mülayim davranmasını, i ihamçılarla
sakit, nәzakәtli danışmasını, ehtiyatlı cavablar vermәsini,
digәrlәri isә açıq-aşkar döyüşә atılmasını, kәllә-kәllәyә
gәlmәsini mәslәhәt görürdülәr. Birincilәr bütün prob-
lemlәrin yoluna qoyulacağına tәminat verir, bunu yüksәk
mәqam sahiblәrinin vәdlәri ilә әlaqәlәndirirdilәr. İkincilәr
isә “Hәr davada qәlәbә, zәrbәni birinci vuranındır”, –
deyirdilәr. Əski topçu minbaşısı bütün hәyatı boyu әmr-
lә, göstәrişlә çalışmışdı. Ona susmağı, yumşaq vә hәlim
davranmağı mәslәhәt görәnlәr dә bunun yuxarıdan
alınmış әmr olduğunu deyirdilәr. Demәli, әmrә boyun
әymәk lazım idi.

85
   80   81   82   83   84   85   86   87   88   89   90